Icma.az
close
up
RU
Avropa Ermənistanı dəstəkləyəcək, amma Rusiyanı əvəz edə bilməyəcək

Avropa Ermənistanı dəstəkləyəcək, amma Rusiyanı əvəz edə bilməyəcək

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Ermənistan suveren seçim edib və bu səbəbdən Rusiyanın ciddi iqtisadi təzyiqləri ilə üzləşir. Onun sözlərinə görə, tərəfdaş ölkələrə təzyiq artdıqca, Avropa İttifaqı da onlara dəstəyini gücləndirir. Fon der Lyayen qeyd edib ki, Aİ Ermənistanın ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində fəaliyyət göstərəcək. O vurğulayıb ki, bu addımlar Ermənistanın iqtisadi dayanıqlığının artırılmasına xidmət edəcək.Avropanın sözünə güvənmək olarmı, arasında sadəcə Gürcüstan ərazisi qədər "uzaq" olan Ermənistan Avropanın siyasi iqtisadi gücü ilə həyatda qala bilərmi? Özü Rusiya ilə bir cəbhədə döyüşə bilməyən Avropa, Ermənistana necə qalxan ola bilər?

Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistana dəstəyinin arxasında geosiyasi məqsədlər dayanır.

Onun sözlərinə görə, əsas məqsəd Ermənistanı Rusiyadan tam uzaqlaşdırmaqdır. Ursula fon der Lyayenin Ermənistanın müstəqil seçim etdiyini bəyan etməsi də onu göstərir ki, rəsmi İrəvan geosiyasi istiqamət kimi Avropa İttifaqını seçib.

Politoloqun fikrincə, Avropa İttifaqının Ermənistana dəstəyi mütləq müəyyən şərtlərlə müşayiət olunacaq. Bu şərtlərin başında isə Ermənistanın Rusiya ilə əlaqələrini tamamilə kəsməsi və ya minimuma endirməsi dayanacaq. Buna görə də Avropa İttifaqının göstərəcəyi dəstəyin həcmi birbaşa Ermənistanın atacağı addımlardan asılı olacaq.

Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə bütün əlaqələrini kəssə belə, Avropa İttifaqı bu itkiləri tam şəkildə kompensasiya edə bilməyəcək: “Bunun əsas səbəbi Ermənistanın uzun illər ərzində Rusiya və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə sıx iqtisadi əlaqələr qurmasıdır. Hazırda Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya və Avrasiya İqtisadi İttifaqının payı təxminən 38-39 faiz təşkil edir və Avropa İttifaqı bu bazarı tam əvəz edə bilməz. Başqa tərəfdən

Ermənistan məhsulları, xüsusilə kənd təsərrüfatı məhsulları, artıq Rusiya və Avrasiya İqtisadi İttifaqı bazarlarında öz yerini tutub. Avropa İttifaqı bu məhsullar üçün bazar imkanlarını müəyyən qədər genişləndirsə və tələbləri liberallaşdırsa da, bu, Avropa bazarında fəaliyyət göstərən yerli istehsalçıların maraqlarını dəyişməyəcək. Ermənistan istehsalçıları həmin bazarda öz rəqabət qabiliyyətlərini özləri formalaşdırmalıdırlar”.

Politoloqun sözlərinə görə, hazırkı şəraitdə Ermənistan istehsalçıları nə kənd təsərrüfatı, nə də digər sahələr üzrə Avropa istehsalçıları ilə rəqabət aparacaq səviyyədə deyillər. Bunun üçün uzun illər tələb olunur.

Əgər bu müddətdə Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələrini kəsərsə, ölkə iqtisadiyyatı ciddi böhranla üzləşə bilər və Avropa bazarlarının tələblərinə cavab verən məhsullar istehsal etməkdə çətinlik çəkər.

Elşad Mirbəşiroğlu enerji sahəsini də vacib amil kimi qiymətləndirib. O bildirib ki, Avropa İttifaqının özü enerji təminatı ilə bağlı problemlərlə üzləşir. Ermənistan isə Rusiyadan güzəştli şərtlərlə enerji daşıyıcıları alır və ölkənin enerji infrastrukturunun əhəmiyyətli hissəsi Rusiyanın nəzarətindədir. Onun fikrincə, bu asılılığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

Politoloq Rusiyada yaşayan ermənilərin Ermənistan iqtisadiyyatındakı roluna da diqqət çəkib. O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin də bir vaxtlar Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərin sayından çox olduğunu bildirmişdi.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, 2025-ci ilin statistikasına əsasən, Rusiyada yaşayan və çalışan ermənilər Ermənistana təxminən 4 milyard dollar vəsait göndəriblər.

Bu vəsait əsasən ailələrinə və yaxınlarına çatdırılıb və ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərib.

O əlavə edib ki, bu, yalnız rəsmi kanallarla göndərilən vəsaitdir. Qeyri-rəsmi yollarla aparılan pullar da nəzərə alınarsa, məbləğ daha böyük ola bilər və bu, Ermənistanın ümumi daxili məhsulunda əhəmiyyətli pay təşkil edir.

Politoloq qeyd edib ki, Avropa İttifaqı artıq Rusiyada satışı məhdudlaşdırılan Ermənistan kənd təsərrüfatı məhsullarına görə bir dəfə 34 milyon, ikinci dəfə isə 18 milyon avro olmaqla ümumilikdə 52 milyon avrovəsait ayırıb. Ümumilikdə isə Avropa İttifaqının Ermənistana ayırdığı dəstək paketi 420 milyon avro təşkil edir.

Elşad Mirbəşiroğlu bildirib ki, Avropa İttifaqı Ermənistana dəstəyini davam etdirəcək və onu tədricən Rusiyadan uzaqlaşdırmağa çalışacaq. Lakin bu dəstək Ermənistan iqtisadiyyatının ayaqda qalmasını tam təmin edəcək səviyyədə deyil.

Onun qənaətincə, Rusiyadan uzaqlaşma prosesi davam edəcək, lakin bu proses Ermənistan üçün ciddi iqtisadi itkilər bahasına başa gələcək.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyul 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri