Icma.az
close
up
RU
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK

Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu həftə Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub. Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.

Andjey Dudanın Ermənistanla Azərbaycanın şərti sərhədinə gəlməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi bunu müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa qurumlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişi olduğunu diqqətə çatdırıb.

XİN Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Hətta bununla bağlı Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

SəfəriModern.az-a şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Andjey Dudanın Ermənistana səfəri məqsədli olub.  

"Çünki, Paşinyan Azərbaycanla ssərhədlərin delimitasiyasından danışarkən delimitasiya olunmuş ərazilərdən Avropa İttifaqının “müşahidə misiyasını” çıxaracağını demişdi. Bu açıqlamadan dərhal sonra Duda Ermənistana səfərə gəlir və Avropa İttifaqının keçmiş hərbiçilərdən təşkil olunmuş qrupun tərkibində Azərbaycanla sərhəddə dayanaraq binokolla pozalar verir. Sonra da Polşa  müşahidəçilərini artıracağı ilə bağlı fikirlər səsləndirir. Bütün bunlar Avropa İttifaqının regionumuza sülhün gəlməsinə mane olmağına çalışmasıdır. Çünki, gündəlikdə dekabr ayından başlayaraq danışıqların bərpası haqqında fikirlər var idi. Amma Dudanın səfərindən sonra Ermənistan şərti sərhədimizə qoşun hissələrin yığdığını, səngərlər qazıldığını müşahidə edirik. Bütün bunlar onu deməyimizə imkan verir ki, Ermənistan  Azərbaycanla yenidən müharibəyə hazırlaşır. Bu ilk növbədə Qərbin istəyidir. Çünki, Qərb Rusiyanın qonşuluğunda ikinci bir müharibə ocağını yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək istəyir. Məhz ona görə də Frannsa artileriya qurğularını, Yunanıstan S300 radar kompleksini, Hindistan raket komplekslərini Ermıənistana tədarük etmişdir. Qərbdən dəstək alan Ermənistan da ruhlanır və müharibəyə hazırlaşmaq üçün cəsarətlənib", - o qeyd edib.

Deputatın sözlərinə görə, Paşinyan üçün bu arada hərbi əməliyyatlara başlanması və hər hansı kiçik də olsa bir uğur qazanması lazımdır:

"Çünki, Ermənistan ictimaiyyəti arasında Paşinyanın nüfuzu kifayət qədər aşağı düşmüşdür. 2026-cı ildə keçiriləcək seçkilərdə hakimiyyəti yenidən əlində saxlamaq üçün Paşinyana kiçik də olsa bir uğur lazımdır. Ona görə də vəziyyəti gərginləşdirmək üçün çalışır. Digər bir məsələ Qərb və Ermənistan Azərbaycanla danışıqlarda hər hansı bir üstünlüyə nail olmaq üçün kiçik də olsa bir qələbə qazanmağa çalışır. Yəni hesab edirlər ki, ordusuna gətildiyi Hindistan raketləri və Qərb hərbi texnikalrı, Fransanın keçdiyi hərbi təlimlər onlara Azərbaycan üzərində üstünlük qazandırmağa imkan verəcəkdir. Amma çox yanılırlar və təəssüf ki, Paşinyan çox yanlış yoldadır. Çünki, Ermənistan nə qədər silahlansa da Azərbaycandan güclü ola bilməz. Birincisi ona görə ki, Azərbaycan ordusu Ernmənistandan sayca çoxdur. İkincisi isə Azərbaycan ordusunun peşəkarlığı yüksəkdir və öz gücünü təlim meydanlarda yox, birbaşa döyüş meydanında nümayiş etdirmişdir".

Milli Məclisin deputatı vurğulayıb ki, müharibədən sonra formalaşdırılmış yeni Komando qoşun növləri qarşısına qoyduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etmək qabiliyyətindədir:

"Azərbaycan daha müasir silahlarla silahlanır və mütəmmadi keçirlən hərbi təlimlərlə yeni silahlara yiyələnmə qabiliyyətini və peşəkarlığını artırır. Bu baxımdan Qərbin Ermənistanı yenidən revanşizmə hazırlamaq cəhdləri boş xəyallardan başqa bir şey deyil. Əgər Ermənistan Qərbin planlaşdırdığı senariyə aldanaraq yenidən təxribatlara əl atarsa böyük faciə ilə qarşılacaqdır. Çünki, Azərbaycan ordusu Ermənistan tərəfindən hücuma məruz qalarsa hərbi hədəflər harda olmasından asıllı olmayaraq məhv ediləcəkdir. Belə ki, legitim hədəflərimiz Ermənistan ərazisində ola bilər və əgər həmin nöqtələrdən ölkəmizə potensial təhlükə yaranarsa təhlükəsizliyi təmin etmək hüquqmuzdur və Ermənistan ərazisi müharibə meydanına çevriləcəkdir. Bu da ermənilərə yeni faciələr gətirəcək və bir dövlət kimi qalıb qalmamaq məsələsi gündəliyə gələcəkdir".

Azər Badamov qeyd edib ki, Azərbaycan müharibə istəmir və ona görə də Ermənistana sülh əlimizi uzatmışıq.  

"Amma özümümzü müdafiə etmək hüquqmuz həmişə qalır və yenidən təhlükəli vəziyyət yaranarsa bütün resusrslarımızdan istifadə olunmaqla suverən ərazilərimiz qorunacaqdır.  Ermənustan unutmasın ki, Azərbaycan ordusu dünyanın  güclü orduları srasındadır və onların kiminlə üz-üzə gəlmək istədiyini yaxşı düşünsünlər.    Əgər vəziyyət yenidən gərginləşərsə Paşinyana 2020-ci ilin noyabrında olduğu kimi yalvarışlar  kömək etməyəcək.  Belə ki, Ordumuz  Ermənistanın tam demilitarizasiyası edilməsi vəzifəsini  icra etməyə məcbur olacaqdır.  Bütün binları nəzərə alaraq Paşinyan hakimiyyəyti regionda yenidən gərginliyi artmaq əvəzinə sülh müqaviləsi imzlanmaq üçün tələblərimizi icra etsə daha yaxşı olar", - deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri