Icma.az
close
up
RU
Avropa FMLA gizli təyyarəsinin hazırlanmasına başlayır

Avropa FMLA gizli təyyarəsinin hazırlanmasına başlayır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Avropa İttifaqında (Aİ) "Super Tucano"nun universallığını, eyni zamanda, təyyarəni azgörünən və iqtisadi cəhətdən səmərəli etmə cəhdini birləşdirməyə hesablanmış çoxfunksiyalı yüngül turbovintli FMLA təyyarəsinin hazırlanmasına start verilir.

Bakıvaxtı.az-ın "Defense Express"ə istinadən məlumatına görə, FMLA ("Future Multirole Light Aircraft" – "Gələcək Çoxfunksiyalı Yüngül Təyyarə") layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro maliyyə dəstəyi alıb.

Avropa Müdafiə Fondunun sənədlərinə əsasən, yeni təyyarə mövcud turbovintli modelləri təkrarlamamalı, lakin birbaşa atəş dəstəyi, dronların tutulması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf göstərilməsi kimi tapşırıqları yerinə yetirməlidir.

Bundan başqa, FMLA-nın mülki missiyalara – o cümlədən axtarış-xilasetmə əməliyyatlarına uyğunlaşdırılması imkanı vurğulanır. Yüngül təyyarə turbovintli mühərriklə təchiz olunmalı, uçuş kütləsi 7,5 tona qədər olmalı və 450 metrlik zolaqlardan qısa məsafədə qalxma-enmə imkanına sahib olmalıdır. Xüsusi diqqət radar görünməzliyini azaldan müasir materiallara və texnologiyalara, radioelektron mübarizəyə davamlılığa, öz radar sistemlərinə və "adaptiv maskalanma" vasitələrinə yönəldilir. Bununla yanaşı, aparat mürəkkəb iqlim şəraitində effektivliyini qoruyub saxlamalı və ekoloji standartlara cavab verməlidir.

FMLA aşağı intensivlikli münaqişələr, düşmənin hava hücumundan müdafiə sistemlərinin zəiflədildiyi əməliyyatlar və "açıq münaqişə həddindən aşağı" missiyalar üçün nəzərdə tutulur. Əslində, bu təyyarə müasir döyüş maşınlarını almağa imkanı olmayan ölkələr üçün əlçatan və sərfəli həll olacaq. Ekspertlər konsepsiyanın "Embraer"in "Super Tucano" modelini xatırlatdığını, lakin azgörünənlik tələbinin onu fərqləndirdiyini bildirirlər – turbovintli mühərrikin "stealth" texnologiyaları ilə birləşdirilməsi mürəkkəb mühəndislik vəzifəsidir.

Yeni təyyarənin təchizat perspektivi hələlik 2035–2040-cı illərə təxirə salınıb ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Yanvar 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri