Icma.az
close
up
RU
Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı gələn il Bakıda keçiriləcək FOTOLAR

Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı gələn il Bakıda keçiriləcək FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Niderlandda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti beynəlxalq konfransı və EYBA-nın İllik Ümumi Yığıncağı keçirilib, assosiasiyanın payız konfransının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu barədə SİA-ya Vəkillər Kollegiyasından (VK) məlumat verilib.

Bildirilib ki, Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən konfransda Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən konfransa və Yığıncağa qatılıb, o cümlədən tədbirdə Asiya, ABŞ və Avropanın bir çox ölkələrinin vəkil və hüquqşünasları iştirak ediblər.

Konfransın gündəliyinə uyğun olaraq əsas mövzu müasir hüquq problemləri olmaqla, iqlim dəyişikliyi və insan hüquqları ilə bağlı mövcud problemlər, hüququn aliliyi prinsipi, incəsənət hüququ və onun gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb və müxtəlif çıxışlar edilib.

Tədbir EYBA-nın prezidenti Shannon Gawleyin açılış nitqi ilə başlayıb, Assosiasiyanın təşəbbüsü ilə görülən işlər, davam edən layihələr, gələcək planlar barədə məlumat verilib və gənc vəkillərin iş prosesində üzləşdiyi bir sıra problemlər səsləndirilib.

Daha sonra Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Thierry Wickers, Niderland Vəkillər Kollegiyasının prezidenti Jeroen Soeteman, Avropa Şurası Parlament Assambleyasının sabiq üzvü Sophie in’t Veld, Amsterdam Vəkillər Kollegiyasının sədri Barbara Rumora-Scheltema, Stanford Universitetinin Kibersiyasət Mərkəzinin üzvü Marietje Schaake, eləcə də digər vəkil və təmsilçilər tərəfindən maarifləndirici nitqlər səsləndirilib.

Tədbirin ikinci günü EYBA-nın İllik Ümumi Yığıncağı baş tutub. Yığıncaqda hazırda davam edən layihələr, gələcək planlar və qurumun idarəçiliyi ilə bağlı digər məsələlər müzakirə edilib.

Eyni zamanda EYBA-nın yeni prezidenti və İcraiyyə Komitəsinə yeni üzvlərin təyin olunması ilə bağlı seçkilər baş tutub və təşkilatın növbəti - 2026-cı ildə konfransların keçiriləcəyi şəhərlər müəyyən edilib. Səsvermə nəticəsində EYBA-nın yeni prezidenti Chiara Palombi seçilib.

Həmçinin səsverməyə görə, Yunis Nəsibov EYBA-nın İcraiyyə Komitəsinə üzv seçilib.

Bundan başqa, tədbirdə 2026-cı ildə EYBA-nın payız konfransının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib.

Konfrans çərçivəsində vəkillər arasında sosial əlaqələrin qurulması, xüsusilə Amsterdam gənc vəkilləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və sosial fəaliyyətlər həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri