Icma.az
close
up
RU
Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qahirə, 20 aprel, AZƏRTAC

Oman Sultanlığı mayın 5-dən 6-dək Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) illik konfransına ev sahibliyi edəcək.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, tədbirdə assosiasiyaya üzv olan beynəlxalq qurumların 250-dən çox nümayəndəsi ilə yanaşı, Oman və digər ölkələrdən tanınmış alim və mütəxəssislər də iştirak edəcəklər.

Konfrans enerji siyasətinin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsi və yenilikləri müzakirə etmək üçün yüksək səviyyəli beynəlxalq platformadır. Tədbir çərçivəsində müxtəlif ixtisaslaşmış panel müzakirələri və interaktiv seminarlar keçiriləcək, dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış ekspert və siyasətçilər fikirlərini bölüşəcəklər. Eyni zamanda, enerji sahəsində əməkdaşlıq imkanlarını və tərəfdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə ikitərəfli görüşlər də təşkil olunacaq.

Konfransda tənzimləmə sistemlərinin səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsində investisiyaların genişləndirilməsi və texnoloji inkişafın enerji gələcəyinə təsirinin öyrənilməsi kimi aktual qlobal çağırışlara uyğun vacib mövzular müzakirə ediləcək.

Qeyd edilməlidir ki, ERRA enerji sahəsində əsas beynəlxalq tənzimləyici birliklərdən biridir. Azərbaycanın 2007-ci ildə üzv olduğu Assosiasiya 5 qitədə yerləşən 43 ölkədən, ümumilikdə 47 qurumu özündə birləşdirir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri