Icma.az
close
up
RU
Avropa Gürcüstan vətəndaşlarını işə GÖTÜRMƏYƏCƏK

Avropa Gürcüstan vətəndaşlarını işə GÖTÜRMƏYƏCƏK

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.

Modern.az xəbər verir ki, Gürcüstan iqtidarının qərarına etiraz edən insanlar həmin gündən Tbilisi küçələrinə çıxıblar. Etiraz aksiyasında Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili də iştirak edib. O, müxalif qüvvələri dəstəkləyib. Tbilisinin mərkəzində küçələrə çıxan insanlarla polis və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.

Gürcüstana cavab isə gecikməyib. Ötən gecə ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bununla bağlı açıqlama verib:
 

“ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”.


Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski isə Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında Gürcüstanla münasibətlərin müzakirəyə çıxarılacağını bildirib. 

İslacda 27 üzv ölkənin təmsilçiləri iştirak edəcəklər. Diplomat gündəlikdə Gürcüstanla ilə mövcud viza rejiminin ləğv edilib-edilməməsi məsələsinin də olduğunu bildirib.

Qeyd edək ki, Avropa İttifaqı və Gürcüstan arasındakı soyuq əlaqələrdən sonra Avropada gürcülərə qarşı münasibət dəyişib.

Belə ki, artıq Avropada Rusiya vətəndaşları ilə yanaşı Gürcüstan vətəndaşlarını da işə qəbul etməməyə başlayıblar.

İş elanlarında Gürcüstan vətəndaşları istisna olaraq digər ölkə vətəndaşlarını qəbul edəcəklərini bildirirlər. Bəzi iş yerlərində isə Gürcüstan vətəndaşlarının sıxışdırıldığı və çıxarıldığı qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri