Icma.az
close
up
RU
Avropa Gürcüstana təzyiq göstərmək üzərində

Avropa Gürcüstana təzyiq göstərmək üzərində

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişelin Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərinə göndərdiyi dəvət məktubunda deyilir.
Sabah AŞ-nin Budapeştdə keçiriləcək qeyri-rəsmi iclasında liderlər transatlantik əlaqələri və BMT-yə dəstəyi müzakirə edəcəklər.
“ABŞ ilə münasibətlərimiz çox vacibdir və biz onları dərinləşdirməyə hazırıq. Strateji gündəliyə uyğun olaraq, biz prioritetlərimizi həyata keçirməyə davam etməli və güclü və suveren Avropa qurmaq üçün fəal işləməliyik. Biz, həmçinin seçkilərdən sonra Gürcüstandakı vəziyyəti və gələcək yolları da müzakirə edəcəyik”, - Şarl Mişel öz məktubunda yazıb.
Bu gün Budapeştdə habelə Gürcüstan da daxil olmaqla 47 dövlətin qatılacağı Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Bu sammitdə dövlət və hökumət başçıları Avropa təhlükəsizliyinə təhdidlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə eskalasiya, qeyri-qanuni miqrasiya və qlobal ticarət məsələlərini müzakirə edəcəklər.
Sözügedən sammitlər ərəfəsində Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk Gürcüstandakı siyasi vəziyyətlə bağlı rəsmi Tbilisiyə qarşı təhdid məzmunlu birgə bəyanat yayıblar.
- Gürcüstan hazırkı kursunu dəyişməyincə və xüsusilə Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürməklə, nəzərəçarpacaq islahatların öhdəsindən gəlməyincə, biz Aİ-yə üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilməyəcəyik”, - bəyanatda deyilir.
Eyni zamanda, bu gün, Aİ-nin doqquz ölkəsinin parlament komitələri Gürcüstandakı seçkilərlə bağlı beynəlxalq araşdırmaya və “seçki saxtakarlığına görə məsuliyyət daşıyan” siyasətçilərə və məmurlara qarşı sanksiyaların tətbiqinə çağıran bəyanat yayıb.
Orban: “Aİ-nin tənqidinə fikir verməyin” Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsindən sonra Avropa liderləri arasında onu yalnız Macarıstanın baş naziri Viktor Orban təbrik edib. Gözlənilmədən Tbilisiyə gələn Orban bu qələbənin “Tbilisini mənasız müharibəyə sürükləməməyə” imkan verdiyini vurğulayaraq, rəsmi Tbilisini “gələcəkdə Macarıstanın strateji tərəfdaşlığına arxalana biləcəyinə” əmin edib.
Almaniya və Fransa da daxil olmaqla 13 Aİ ölkəsi Viktor Orbanın Gürcüstana getməsini “vaxtından əvvəl” edilən səfər kimi qiymətləndirərək, onun Aİ adından danışmadığını vurğulayıblar.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri