Avropa İnvestisiya Bankı Ukraynaya 300 milyon avro ayırır Nəyə sərf olunacaq?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya enerji və mühüm infrastrukturun bərpası üçün 300 milyon avro ayırır.
Baş nazir Denis Şmıxalın sözlərinə görə, müvafiq sazişlər Brüsseldə AİB prezidenti Nadejda Kalvino ilə görüş zamanı imzalanıb.
Bildirilir ki, bank mərkəzləşdirilmiş isitmə, enerji səmərəliliyinin artırılması, zəruri avadanlıqların, xüsusən də elektrik və ya istilik enerjisi istehsalı üçün qurğuların alınmasına investisiyalar üçün 100 milyon avro ayıracaq. Əlavə 100 milyon avro da su təchizatı və kanalizasiyanın yaxşılaşdırılmasına yönəlmiş layihələrə xərclənəcək.
Bundan əlavə, Ukrayna su, istilik təchizatı və kanalizasiya qurğularının bərpası, eləcə də təhsil, səhiyyə və mənzil-tikinti sahələrində əsas sosial xidmətlərin modernləşdirilməsi üçün 100 milyon avro alacaq.
Nazirin sözlərinə görə, görüş zamanı tərəflər, xüsusən də nəqliyyat, sosial infrastruktur, enerji səmərəliliyi və energetika sahələrində birgə layihələrin həyata keçirilməsi və yeni layihələrin həyata keçirilməsinə dair müzakirələr aparıblar.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















