Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Avropa İnvestisiya Bankı (AİB) Ukraynada 116,5 milyon avro dəyərində sosial layihələri maliyyələşdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.
"Ukrayna və Avropa İnvestisiya Bankı energetika və kritik infrastrukturun bərpasının maliyyələşdirilməsini nəzərdə tutan sazişlər imzalayıb", - o yazıb.
Baş nazir qeyd edib ki, AİB kritik infrastrukturun bərpası və enerji səmərəliliyinin tətbiqi üçün 16,5 milyon avro ayırır. Daha 100 milyon avro su və istilik təchizatı obyektlərinin bərpasına, təhsil, səhiyyə və mənzil sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsinə yönəldiləcək.
Ukrayna Nazirlər Kabinetinin məlumatına görə, AİB-in Ukraynadakı portfeli 4,95 milyard avro məbləğində 25 layihədən ibarətdir. 2022-ci ilin fevralından bəri 2 milyard avrodan çox vəsait ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Fevral 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















