Avropa İttifaqı Arktika üzrə yeni strategiyanı təqdim etdi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Komissiyası və Avropa İttifaqı Arktika regionu üzrə yeni strategiyanı təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, sənədin əsas məqsədi regionda təhlükəsizliyi gücləndirmək, iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq, iqtisadi inkişafı dəstəkləmək və yerli icmalar üçün imkanları genişləndirməkdir.
Strategiya dörd prioritet istiqaməti - təhlükəsizliyin və dayanıqlılığın gücləndirilməsini, iqlim dəyişmələrinə cavab tədbirlərini, iqtisadi rifahın təşviqini, eləcə də region əhalisinin və icmalarının dəstəklənməsini əhatə edir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, yeni dəniz marşrutları və təbii ehtiyatlar Arktikada strateji rəqabəti artırır. Buna görə də Avropa İttifaqı təhlükəsizliyə, dayanıqlı infrastruktura və iqtisadi imkanlara investisiyaları genişləndirməyi planlaşdırır.
Strategiya çərçivəsində dəniz təhlükəsizliyinin gücləndirilməsi, sualtı kabellərin qorunması, iqlimlə bağlı tədqiqatların genişləndirilməsi, bərpaolunan enerji və dayanıqlı nəqliyyat əlaqələrinin dəstəklənməsi nəzərdə tutulur. Sənəddə yerli əhalinin, xüsusilə gənclərin və yerli xalqların maraqlarına da xüsusi diqqət yetirilir.
Avropa İttifaqının məlumatında, həmçinin qeyd olunub ki, Arktika qlobal orta göstəricidən təxminən dörd dəfə sürətlə istiləşir. Regionda baş verən dəyişikliklər Avropanın təhlükəsizliyinə, iqliminə və iqtisadi rifahına da birbaşa təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 20 Oktyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















