Icma.az
close
up
RU
Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlıdır

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Azərbaycanın Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı artıq qlobal səviyyədə bir reallıq olaraq qəbul edilir. Buna görə də rəsmi Bakı ilə enerji sahəsində əməkdaşlıq etməyə can atan ölkələrin sayı gündən-günə artır. Bu müsbət tendensiyanı bu günlərdə Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası çərçivəsində müşahidə etdik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili deyib ki, sözügedən iclaslarda ilk dəfə Avropa İttifaqının energetika və mənzil tikintisi komissarının iştirak etməsi Brüsselin Cənub Qaz Dəhlizinə nə dərəcədə önəm verdiyinin əyani təzahürü idi:
"Təsadüfi deyil ki, Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen də elə həmin iclasda çıxışı zamanı bunu açıq şəkildə etiraf etmiş oldu. Heç kəsə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Azərbaycanın Avropanın enerji bazarında yeri və rolu daha da artıb. Ölkəmizin Avropanın enerji bazarında mühüm aktor rolu oynaması hər ötən gün özünü daha aydın şəkildə göstərir.
Avropalı nazirin də dediyi kimi üç il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi və enerji ticarətinin onun tərəfindən silaha çevrilməsi Avropanın enerji bazarının əsaslarını tam dəyişdi və qoca qitənin enerji sistemində böyük dəyişikliyə səbəb oldu. Həmin çətin vaxtlarda Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirdi. 2020-ci ildə Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql olunmağa başladı".
İlham Məmmədov onu da qeyd edib ki, Avropa İttifaqı ilə qeyd edilən sahədə əməkdaşlığın inkişaf etdirilməsi alternativ enerji mənbələrinin müəyyən edilməsi, bu sahədə gələcək əməkdaşlığın qurulması üçün də zəmin və yeni imkanlar yarasdıb:
"Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin qurulması üzərində iş gedir. Avropalı komissarın da qeyd etdiyi kimi bu istiqamətdə müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var. Azərbaycanın enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətində səyləri qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Aprel 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri