Azərbaycan və Avropa İttifaqı şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə şəhərsalma və memarlıq, yaşıl transformasiya, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Anar Quliyev Azərbaycan ilə Avropa İttifaqı arasında həyata keçirilən birgə layihələrin müasir şəhərsalma prinsiplərinin tətbiqinə, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və innovativ həllərin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, bu əməkdaşlığın ölkədə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, yaşıl və rəqəmsal transformasiyanın dəstəklənməsi, eləcə də müasir şəhər idarəçiliyi yanaşmalarının tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Avropa İttifaqının ağıllı və sağlam şəhərlərin inkişafı, həmçinin şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində dəstək göstərdiyi təşəbbüslər nəzərdən keçirilib. Tərəflər şəhərsalma, şəhər mobilliyi və innovativ həllərin tətbiqi sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















