Icma.az
close
up
RU
Avropa İttifaqı Çin mallarının olduğu 2400 dən çox konteyneri müsadirə edib

Avropa İttifaqı Çin mallarının olduğu 2400 dən çox konteyneri müsadirə edib

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu, Avropa İttifaqı tarixində bu qəbildən olan ən böyük əməliyyatdır

Avropa Prokurorluğu qeyri-qanuni olaraq Yunanıstana gətirilən Çin mallarının olduğu 2400-dən çox konteyneri müsadirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, bu, Avropa İttifaqı tarixində bu qəbildən olan ən böyük əməliyyatdır. Çinin COSCO dövlət şirkətinin idarə etdiyi Yunanıstanın Pirey limanında 2435 konteyner ələ keçirilib.

Prokurorluğun məlumatına görə, onların içərisində əsasən elektriklə işləyən velosipedlər, tekstil məmulatları və ayaqqabılar olub.

İstintaqın məlumatına görə, Aİ-yə qeyri-qanuni mal idxalı sxemi ən azı səkkiz il fəaliyyət göstərib və İttifaqın və onun üzvlərinin büdcəsinə 800 milyon avroya yaxın ziyan vurub.

Cinayət işi üzrə iki yunan gömrük işçisi də daxil olmaqla altı nəfərə qarşı ittiham irəli sürülüb. Prokurorluğun məlumatına görə, onlar sistemli şəkildə saxta sənədlər hazırlayıb, malların qanunsuz idxalını təmin ediblər.

“Kalipso” kod adı ilə aparılan istintaq idxal rüsumlarından yayınma, habelə qanunsuz idxal olunan malların satışından əldə edilən gəlirlərin yuyulması ilə məşğul olan cinayətkar qrupların ifşa edilməsinə yönəlib.

Nəşr Avropa Baş Prokurorluğunun rəhbəri Laura Kövesidən sitat gətirib: “Bu yüksək mütəşəkkil cinayətkar strukturlar uzun illərdir ki, bu cür fırıldaqçılıq üzrə ixtisaslaşıblar”. Onun sözlərinə görə, əməliyyat “qaydaların dəyişdiyini və artıq malların qeyri-qanuni idxalı üçün təhlükəsiz sığınacaqların olmadığının aydın siqnalı idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri