Icma.az
close
up
RU
Статья не опубликована
Avropa İttifaqı daxilində Türkiyəyə qarşı çıxan siyasi qüvvələr mövcuddur Siyasi şərhçi

Avropa İttifaqı daxilində Türkiyəyə qarşı çıxan siyasi qüvvələr mövcuddur Siyasi şərhçi

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Türkiyə, Avropanın təhlükəsizlik sistemində mühüm faktora çevrilməkdədir. Bu, inkarolunmaz bir reallıqdır. Türkiyə ordusu həm döyüş qabiliyyəti, həm də silahlanma səviyyəsinə görə Avropadakı bütün ölkələrin ordularından üstün hesab olunur. Üstəlik, say baxımından da Türkiyə Silahlı Qüvvələri Avropa ordularından daha böyükdür. Bundan əlavə, son illərdə Türkiyənin hərbi sənaye kompleksi sürətlə inkişaf edib və bu, Avropa İttifaqı üçün cəlbedici amilə çevrilib. Türkiyə artıq Avropa ölkələrinin hərbi sənaye komplekslərinin istehsal edə bilmədiyi yeni nəsil silahları istehsal edir. Halbuki Avropa İttifaqı ölkələrinin müdafiə sənayesi sahəsindəki inkişafı ciddi şəkildə geri qalmışdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, son günlər yerli və xarici mediada Türkiyənin Avropa üçün strateji əhəmiyyətə malik olduğuna dair fikirlər geniş şəkildə dərc olunur. Hətta bəzi analitiklər rəsmi Ankaranı Avropanın nicatı kimi dəyərləndirirlər. ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması fonunda Türkiyənin Avropa üçün əhəmiyyətinin daha da artdığı müşahidə olunur. Bu proses çərçivəsində Türkiyə rəsmilərinin verdiyi açıqlamalar xüsusi diqqət çəkir.

Siyasi şərhçi qeyd edib ki, bunun əsas səbəbi, Avropa dövlətlərinin onilliklər boyu NATO-nun və ABŞ-ın hərbi gücünə güvənərək müdafiə sahəsinə kifayət qədər investisiya ayırmamasıdır.

“İndi isə yaranmış qlobal təhlükələr fonunda bu məsələyə ciddi yanaşmaq məcburiyyətindədirlər. Bu proseslərə ən hazırlıqlı ölkə isə Avropa İttifaqının üzvü olmayan, lakin Avropa məkanında strateji əhəmiyyət daşıyan Türkiyədir. Türkiyə həm hərbi gücü, həm də hərbi sənaye kompleksinin inkişaf səviyyəsi ilə qlobal siyasətdə mühüm yer tutur və Ukrayna müharibəsi fonunda meydana çıxan təhlükəli çağırışlara qarşı tam hazırdır. Eyni zamanda, rəsmi Ankara Avropanın təhlükəsizlik sistemində oynaya biləcəyi rolu açıq şəkildə bəyan edir. Lakin Avropa İttifaqı daxilində Türkiyəyə qarşı çıxan siyasi qüvvələr mövcuddur və bu xəttə əsasən Fransa rəhbərlik edir. Avropa İttifaqı son dövrlərdə hərbi ehtiyacların ödənilməsi və təhlükəsizlik maraqlarının təmin olunması üçün böyük maliyyə vəsaiti ayırıb. Bu vəsaitin xərclənməsi prosesində Türkiyənin iştirak etməsi ehtimalı da var. Xüsusilə, Almaniya Türkiyənin Avropanın təhlükəsizlik sistemində yer almasını dəstəkləyir, Türkiyədən silah idxalını vacib hesab edir və ayrılan maliyyə vəsaitindən Türkiyəyə pay ayrılmasını tələb edir. Ancaq Fransa bu məsələdə müqavimət göstərir və Türkiyənin bu prosesə daxil olmasını əngəlləməyə çalışır. Bunun əsas səbəblərindən biri Fransanın uzun müddətdir Türkiyəyə qarşı neqativ mövqe sərgiləməsidir. Fransa, Türkiyənin Avropa İttifaqına üzvlüyünə də daim mane olub. Digər mühüm səbəb isə Fransa hökumətinin Avropa İttifaqının təhlükəsizlik sisteminə ayrılmış maliyyə vəsaitini tamamilə ələ keçirmək istəyidir. Paris hesab edir ki, Avropa ölkələri yalnız Fransanın hərbi sənaye kompleksinin istehsal etdiyi silahları almalıdır və ayrılan vəsait məhz Fransaya yönəldilməlidir”.

Siyasi şərhçi daha sonra bildirib:

“Lakin mövcud vəziyyət Fransanın Türkiyə ilə hərbi sahədə rəqabət aparmaq imkanlarının o qədər də yüksək olmadığını göstərir. Avropada artıq anlayırlar ki, Türkiyə Avropa üçün son dərəcə mühüm tərəfdaşdır və hətta Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində müəyyən irəliləyişlərin olması ehtimalı da gündəmə gəlməkdədir. Gələcəkdə vəziyyət daha da aydınlaşdıqca, Avropa İttifaqı Türkiyənin bu quruma üzvlüyünün qarşısını açmaqla öz təhlükəsizlik sistemini gücləndirmək baxımından mühüm addım ata biləcəyini daha yaxşı dərk edəcək. Bunun nə vaxt real nəticələr verəcəyi hələ qeyri-müəyyəndir. Çünki Avropa İttifaqının bürokratik mexanizmləri olduqca ləng işləyir və bu lənglik qlobal təhlükəsizlik çağırışları fonunda ciddi problemlər yaradır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 10 Mart 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri