Icma.az
close
up
RU
Статья не опубликована
Avropa İttifaqı öz təhlükəsizliyinə alternativ yollar axtarır Siyasi şərhçi

Avropa İttifaqı öz təhlükəsizliyinə alternativ yollar axtarır Siyasi şərhçi

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

“Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra atdığı addımlar və verdiyi qərarlar onun ənənəvi müttəfiqi olan Avropa İttifaqı ilə münasibətlərində müəyyən soyuqluq yaradıb. Xüsusilə də Ukrayna məsələsində mövcud olan fikir ayrılığı bu fondda tərəflər arasındakı münasibətləri daha da gərginləşdirib. Çünki Avropa İttifaqı Ukraynanı öz təhlükəsizliyi üçün bir tramplin kimi görür və belə hesab edir ki, Avropa İttifaqı ilə birbaşa sərhəddə yerləşən Ukraynanın Rusiya tərəfindən işğalı və müharibənin bu şərtlər daxilində dayandırılması növbəti mərhələdə Rusiyanın daha da irəliləməsinə və artıq Avropa İttifaqı ölkələrinin də təhlükə altına düşməsinə səbəb ola bilər. Bu baxımdan müəyyən fikir ayrılıqları mövcuddur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib. O, Avropa İttifaqına üzv ölkələrin xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izlədiyini bildirib. Ərdoğan vurğulayıb ki, Ankara Aİ ilə münasibətləri inkişaf etdirmək niyyətindədir və ittifaq Türkiyənin rolunu düzgün qiymətləndirməlidir: “Aİ Türkiyənin rolunu başa düşməli, strategiyalarını buna uyğun müəyyənləşdirməlidir. İnanıram ki, Türkiyə ilə Avropa arasında əlaqələr hər sahədə sürətlə inkişaf edəcək.”

Siyasi şərhçi bildirib ki, mövcud fikir ayrılıqları fonunda Avropa İttifaqı öz təhlükəsizliyini təmin etmək üçün alternativ yollar axtarır.

“Çünki Tramp təkcə Ukrayna məsələsində deyil, həm də NATO ilə bağlı məsələlərdə Avropadakı tərəfdaşları ilə eyni mövqedən çıxış etmir. O düşünür ki, Avropa İttifaqı ölkələri ÜDM-in 2-2,5 faizi deyil, 5-6 faizi həcmində NATO-ya ödəniş etməlidirlər. Çünki NATO-nun saxlanılması üçün xərclərin böyük əksəriyyəti məhz ABŞ-ın üzərinə düşür və o, bu xərcləri davam etdirmək niyyətində deyil. Başqa sözlə, Tramp bildirir ki, yalnız müvafiq maliyyə vəsaiti ayıran ölkələr hər hansı təhlükə halında ABŞ-ın müdafiə dəstəyini ala biləcəklər. Bu isə, təbii ki, Avropa İttifaqı ölkələrini ciddi şəkildə narahat edir. Bu səbəbdən Avropa İttifaqı yeni təhlükəsizlik modeli üzərində işləyir. Bu mövzu artıq Fransa Prezidenti Emmanuel Makron tərəfindən Aİ ölkələri ilə müzakirəyə çıxarılıb. Oxşar danışıqlar Böyük Britaniya daxil olmaqla, müxtəlif ölkələrdə də aparılır. Avropa dövlətləri artıq anlayırlar ki, indiyə qədər mövcud olan təhlükəsizlik modeli bundan sonra eyni qaydada davam etməyəcək. Problem ondadır ki, Avropa İttifaqı ölkələri uzun müddət ABŞ-ın hərbi çətiri altında rahat şəkildə fəaliyyət göstərdikləri üçün öz hərbi infrastrukturlarını lazımi səviyyədə təkmilləşdirməyiblər. Bu gün onların hərbi sənayesi və müdafiə sahəsində müəyyən imkanları mövcuddur, lakin ümumi yükün indiyədək ABŞ-ın üzərinə düşməsi səbəbindən Aİ ölkələrinin böyük əksəriyyəti bu istiqamətdə ciddi addımlar atmayıblar və maliyyə resurslarını müdafiə sənayesi deyil, digər sahələrə yönəltməyi üstün tutublar. İndi isə fakt qarşısında qalan Avropa ölkələri müvafiq təhlükəsizlik modeli qurmağa çalışırlar. Lakin problem ondadır ki, yeni təhlükəsizlik sisteminin tam formalaşması və Avropanın özünü müstəqil şəkildə müdafiə edə bilməsi üçün uzun illər tələb olunur”.

Siyasi şərhçi daha sonra bildirib:

“İlkin hesablamalara görə, bu proses 7-10 il çəkə bilər. Bu isə kifayət qədər uzun bir dövrdür. Belə bir şəraitdə Türkiyə faktoru xüsusilə ön plana çıxır. Hazırda Türkiyə NATO-nun ikinci ən böyük hərbi gücünə malikdir və bu, Avropa üçün potensial təhlükəsizlik zəmanəti rolunu oynaya bilər. Başqa sözlə, əgər Avropa İttifaqı qurmaq istədiyi yeni təhlükəsizlik modelinə Türkiyəni də daxil edərsə, bu, indiki mərhələdə ABŞ-ın oynadığı rolu qismən də olsa Türkiyənin öz üzərinə götürməsi ilə nəticələnə bilər. Türkiyənin döyüş hazırlığı yüksək olan dayanıqlı ordusu, dünyanın müxtəlif bölgələrində terrora qarşı apardığı aktiv mübarizə və hərbi sahədəki təcrübəsi Avropa üçün əhəmiyyətli bir dəstək ola bilər. Ukrayna Prezidenti Volodimir Zelenski də Türkiyəyə səfərindən sonra belə bir bəyanat səsləndirib ki, Ukrayna və Türkiyənin birgə şəkildə Avropa İttifaqında yer alması Avropanın təhlükəsizliyi üçün ciddi imkanlar yarada bilər. Həqiqətən də Ukraynanın silah-sursat baxımından müəyyən çətinlikləri olsa da, döyüş təcrübəsi olan ordusunun mövcudluğu və yüksək döyüş ruhuna malik əsgərlərinin olması, Türkiyənin hərbi gücü ilə birləşəndə Avropa üçün güclü bir təhlükəsizlik zəmanəti formalaşdıra bilər. Türkiyə də hazırda Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək və Aİ-yə üzvlüklə bağlı məsələləri yenidən gündəmə gətirməklə əslində Avropaya mühüm bir mesaj ötürür. Burada əsas məsələ Avropanın bu fürsəti düzgün qiymətləndirməsi və düşdüyü çıxılmaz vəziyyətdən çıxmaq üçün Türkiyənin uzatdığı əli tutmasıdır. Bu halda həm Türkiyə, həm də Avropa bu əməkdaşlıqdan ciddi dividendlər əldə edə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 12 Mart 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri