Icma.az
close
up
RU
Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi plablaşdırır

Avropa İttifaqı köhnə avtomobillər üçün illik texniki baxışı məcburi etməyi plablaşdırır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 24 aprel, AZƏRTAC

Avropa Komissiyası on ildən artıq istismarda olan avtomobillər üçün illik məcburi texniki baxış tətbiq etməyi planlaşdırır. Yeni təşəbbüsün məqsədi yol-nəqliyyat hadisələrinin və qəza qurbanlarının sayını azaltmaqdır.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, təklifin qüvvəyə minməsi üçün Avropa Parlamenti və üzv dövlətlərin razılığı tələb olunur. Hazırda bir çox Avropa İttifaqı (Aİ) ölkəsində köhnə avtomobillər hər il texniki baxışdan keçirilir. Köhnə avtomobillər nasaz və qəza riski yüksək olmasından əlavə ətraf mühitə daha çox zərərli maddə buraxır.

Aİ-nin Texniki Nəzarət Birliyinin məlumatına əsaəsn, 10–11 yaşlı avtomobillərin təxminən dörddəbirində ciddi nasazlıqlar qeydə alınır. TÜV bu cür avtomobillər üçün illik texniki baxışın məcburi qaydada həyata keçirilməsini bir müddətdir təklif edir. Lakin bəzi peşəkar birliklər bu təşəbbüsə tənqidi yanaşır. Onların fikrincə, köhnə avtomobillərin daha çox qəza törətdiyini sübut etmək çətindir.

Hazırda Almaniyada avtomobillər yaşından asılı olmayaraq, hər iki ildən bir texniki baxışdan keçir. Yeni avtomobillər üçün isə ilk texniki baxış üç ildən sonra həyata keçirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri