Avropa İttifaqı missiyasından Azərbaycana qarşı növbəti təxribat Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.
Bu barədə "Trend"ə istinadən xəbər verir.
Belə ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus bir ədəd "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.
Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.
Sözügedən görüntülərini təqdim edirik:
Xatırladaq ki, Ermənistan ərazisində yerləşdirilən Aİ "missiyası" bölgəyə gəldiyi gündən ölkəmizə qarşı dəfələrlə bu tipli təxribatlar edib. Sonuncu dəfə, oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələn üç missiya avtomobilindən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Baxış sayı:58
Bu xəbər 07 Noyabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















