Icma.az
close
up
RU
Avropa İttifaqı missiyasının Ermənistanda fəaliyyəti əhəmiyyətsizdir” “Bölgəni tərk etməlidir...”

Avropa İttifaqı missiyasının Ermənistanda fəaliyyəti əhəmiyyətsizdir” “Bölgəni tərk etməlidir...”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avropa İttifaqının Ermənistandakı mülki missiyası kollektiv Avropanın guya Ermənistan – Azərbaycan sərhədinə yaxın ərazilərdə sabitliyi dəstəkləmək üçün yaratdığı missiyadır. Missiya mülki adlansa da, onun tərkibi daha çox keçmiş və indiki hərbçilərdən, polis və xüsusi xidmət əməkdaşlarından formalaşıb. Missiyanın əsas məqsədi rəsmən Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə müşahidə aparmaq, atəşkəsin pozulması faktlarını qeydə almaq və sənədləşdirmək, son nəticədə iki dövlət arasında sülh prosesi üçün müvafiq şəraitin yaradılmasını dəstəkləmək və bu prosesə yardımçı olmaq kimi müəyyənləşib. Lakin missiyanın daha çox Azərbaycan ordusunun hissələrinin dislokasiyası, silahları və digər məsələlər barədə kəşfiyyat xarakterli məlumat toplaması diqqəti çəkir”.

“AzPolitika” bildirir ki, bu barədə keçmiş millət vəkili, BDU Hüquq fakültəsinin müəllimi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əslində missiyanın yaradılması və Azərbaycanla razılaşdırılmadan səlahiyyət müddətinin 2027-ci ilə qədər uzadılması elan olunan rəsmi məqsədlə yanaşı kollektiv Avropanın regionda geosiyasi maraqlarının təmin olunması istəyi ilə şərtlənir: “Avropa İttifaqı məhz mülki missiya adı altında Cənubi Qafqaz regionuna daxil olmaq, möhkəmlənmək istəyir. Bu istək isə Avropa İttifaqının bir tərəfdən Cənubi Qafqazda geosiyasi və geoiqtisadi maraqlarının təmin olunması, o cümlədən Zəngəzur dəhlizinin imkanlarından yararlanması Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması ilə əlaqədardır. Qeyd edək ki, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması məsələsində Avropanın mövqeləri Ermənistanın mövqeləri ilə uzlaşır”.

Keçmiş deputat vurğulayıb ki, bu gün artıq müşahidə missiasının fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyac yoxdur. Belə ki, iki ilə yaxın bir müddət ərzində Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə hər hansı insidentin qeydə alınmaması, keçən ilin avqust ayının 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə, sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) barədə əldə olunan razılaşmalar, xüsusən də onun icrası üzrə çərçivə sənədinin imzalanması bu missiyanın mövcudluğunu və fəaliyyətini əhəmiyyətsiz edib.

“Belə bir vəziyyətdə Aİ-nin mülki missiyasının rəhbərinin sülh sazişi imzalanadan sonra Ermənistanla sərhəddən çıxmaq, lakin sərhədyanı kəndlərə vaxtaşırı monitorinq üçün gəlmək barədə bəyanatı bu qurumun hansısa formada Ermənistanda və onun vasitəsilə Cənubi Qafqazda qalmaq və Zəngəzur dəhlizinin imkanlarından bacardıqları qədər yararlanmaq niyyətinin göstəricisidir”,- Q.Əlibəyli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri