Avropa İttifaqı qlobal gücünü itirir? RƏY
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təxminən 10 il əvvəl qlobal siyasətin üç əsas oxunu ABŞ, Çin və Avropa İttifaqı təşkil edirdisə, müasir geosiyasi reallıqlar bu mənzərəni kökündən dəyişib. Aİ-nin qlobal qərarların qəbulundakı çəkisinin zəifləməsi fonunda Moskva sərt güc amili ilə yenidən əsas güc mərkəzlərindən birinə çevrilib. Belə ki, artıq Avropa İttifaqının yerini Moskva tutur.
Bəs bu dəyişiklik Avropa İttifaqının beynəlxalq proseslərə təsir imkanlarını daha da azalda və ittifaqın dağılmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, Avropa İttifaqının üçüncü güc mərkəzi kimi göstərilməsi mübahisəlidir:
"SSRİ dağılandan sonra uzun müddət bir güc mərkəzi var idi - ABŞ. Rusiya dirçəldikdən sonra ABŞ-Rusiya, Çinin də gücü ortaya çıxandan sonra ABŞ-Rusiya-Çin formulu yarandı. Ukrayna müharibəsindən sonra bəziləri artıq yalnız iki güc mərkəzinin (ABŞ və Çin) qaldığını desə də, hələ də dünyanın üç supergücündən birinin məhz Rusiya Federasiyası olduğuna inanıram. Əgər söhbət hərbi gücdən gedirsə, Rusiyanı super güclər siyahısından çıxarmaq olmaz. Rusiya dünyanın altıda birini tutur və say etibarı ilə dünyada ən çox nüvə başlığına malik ölkədir. Bəziləri Rusiyanın artıq super dövlət olmadığını deyir, amma mən bu fikirlə razı deyiləm. Ukrayna müharibəsi Rusiyanı zəiflətsə də, Moskva hələ də super dövlətdir".

Əhəd Məmmədli: "İqtisadi güc hələ sosial rifah demək deyil"
Politoloq bildirib ki, bu gün Hindistan, Türkiyə, İran, Cənubi Koreya kimi yeni regional liderlər ortaya çıxır:
"Avropa İttifaqından ayrıca götürsək, Fransanın təkbaşına nüfuzu bəzi meyarlara görə Aİ-dən də çoxdur. Yenidən Almaniya və Yaponiya da iddialar ortaya qoyur. İqtisadi güc hələ sosial rifah demək deyil. Əgər iqtisadi güc və sosial rifah meyarı ilə yanaşsaq, o zaman Çini də super güc saymamaq lazım gələr. Çünki Çində əhalinin rifah səviyyəsi yüksək deyil. Kiçik İsveçrədə əhali Çindən qat-qat yaxşı yaşayır. Hindistanda da iqtisadi güc olsa da, əhalisi dünyada ən kasıb vəziyyətdə yaşayanlardandır. Dövlət deyəndə biz siyasi, iqtisadi və hərbi gücü birlikdə nəzərdə tuturuq", - deyə müsahibimiz əlavə edib.
Avropadakı etirazlara da toxunan Ə. Məmmədli bildirib ki, bu, demokratik sistem üçün normal haldır:
"Avropadakı miqrant böhranı və etirazlara gəlincə, bu demokratik sistem üçün normaldır. Yadınızdadırsa, illər əvvəl Fransada "sarı jiletlər" hərəkatı başlamışdı, sonra digər Avropa ölkələrinə yayıldı. Nəticədə harada hakimiyyət dəyişdi, inqilab oldu? Heç yerdə. Demokratik sistemdə etirazlar olur, amma sistem qalır. Makronu heç kim inqilabla devirməyəcək".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















