Avropa İttifaqı yetkinlik yaşına çatmayanları qorumaq üçün yaş yoxlama proqramını işə salacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı iyul ayında onlayn platformalar tərəfindən yetkinlik yaşına çatmayanların qorunması ilə bağlı qaydalara riayət olunmasını sərtləşdirməyə imkan verəcək yaşın yoxlanılması üçün mobil tətbiqi işə salır.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat verib.
Qeyd olunur ki, proqram istifadəçilərə şəxsi məlumatlarını açıqlamadan yaşlarını təsdiq etməyə imkan verəcək. Mütəxəssislər yeniliyi riskləri qiymətləndirmək və idarə etmək üçün kifayət qədər səy göstərməyən texnologiya şirkətlərinə təzyiq vasitəsi kimi qiymətləndirirlər.
Avropa Komissiyasının (AK) Texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə vitse-prezidenti Henna Virkkunen bildirib ki, yetkinlik yaşına çatmayanların müdafiəsi prioritetdir və bu, bir sıra tədbirlər tələb edəcək. Bu tədbirlərə xüsusən də uşaqların hesablarının defolt olaraq bağlı olmasını təmin etmək daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















