Icma.az
close
up
RU
Suriyanın bir çox yerlərində yetkinlik yaşına çatmayanları da məcburən orduya cəlb edirlər

Suriyanın bir çox yerlərində yetkinlik yaşına çatmayanları da məcburən orduya cəlb edirlər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Suriyada Bəşər Əsəd rejimi qüvvələri paytaxt Dəməşqin bir çox bölgəsində azyaşlılar da daxil olmaqla kişiləri zorla orduya cəlb edir.

Bizimyol.info xəbər verir ki, "AA"nın bölgədəki mənbələrdən əldə etdiyi məlumata görə, rejim qüvvələri Dəməşqin Yalda, Beyt Səhm və Şərqi Quta bölgələrindəki evlərə basqın edir və qurduqları nəzarət-buraxılış məntəqələrində yoxlamalar aparırlar.

Rejim qüvvələri bu təcrübələrlə kişiləri, o cümlədən azyaşlı gəncləri həbs edərək hərbi xidmətə məcbur edir. Ölkənin hərbi polisi, Baas batalyonları və kəşfiyyat qüvvələri tərəfindən həyata keçirilən basqınlar zamanı azyaşlılarla yanaşı, əsgərlik yaşına çatmış və ya ehtiyatda olan kişilərin də evlərindən çıxarılaraq hərbi obyektlərə və toplaşma məntəqələrinə aparıldığı bildirilib.

Bu bölgələrdə qurulan nəzarət-buraxılış məntəqələrində həbslər həyata keçirilir. Şərqi Qutada bu şəkildə saxlanılan təxminən 1700 kişinin olduğu bildirilir. Hələbin rejim əleyhdarı silahlı qrupların nəzarətinə keçməsindən sonra Hələb kəndlərindən qaçaraq Şama gedənlər də rejim qüvvələri tərəfindən saxlanılır.

Bundan əlavə, Dəməşqin şəhər mərkəzində kişilərin zorla orduya cəlb edildiyi bildirilsə də, mərkəzdə saxlanılanların sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Qərb və şərq kənd ərazilərində, eləcə də Dəməşqin cənub bölgəsində 400-dən çox kənd var ki, burada da zorla döyüşə göndərilən kişilərin sayının artacağı gözlənilir.

Mənbələr, zərərçəkənlərin qorxularından danışa və baş verənlərə reaksiya verə bilmədiklərini, övladları zorla hərbi xidmətə cəlb edilən valideynlərin rejim qüvvələrinə qarşı çıxa bilmədiklərini qeyd ediblər.

Reydlərin ictimaiyyətdə böyük qorxu və təşviş yaratdığını bildirən mənbələr: “İnsanlar danışmağa və nəsə etməyə cəsarət etmirlər. Saxlanılanlar birbaşa hərbi obyektlərə və ya Durac kimi toplama məntəqələrinə göndərilir və hamısı burada məcburi hərbi xidmətə cəlb edilir. Dəməşq sakinlərinin hadisələrə görə evlərini tərk etməkdən qorxurlar və yalnız əsas ehtiyaclarını ödəmək üçün evdən bayıra çıxırlar”, - deyə bildirirlər.

Suriyada son bir həftədə baş verən hadisələrin bölgədəki iqtisadi vəziyyətin daha da pisləşməsinə səbəb olduğu da bildirilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri