Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi real deyil”

“Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi real deyil”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Ermənistanın Avropa İttifaqına inteqrasiyası, sonrakı prosesdə üzvlük məsələsi son zamanlar tez-tez dilə gətirilən mövzulardandır. Almaniya tərəfi də bu məsələdə fikir bildirib. Amma mən Almaniyanın bu məsələdə diplomatik davrandığını düşünürəm. Ermənistanı Qərbə inteqrasiya və Rusiyadan uzaqlaşdırma yolunda şirnikləşdirici addımlar atdığının qənaətindəyəm. Yəni realda Almaniya özü də yaxşı başa düşür ki, Ermənistan kimi siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan zəif və mübahisəli bir regionda yerləşən ölkənin Avropa İttifaqına inteqrasiyası İttifaq üçün heç bir gələcək vəd etmir. Düz məntiqlə fikirləşdikdə, birincisi, Ermənistan Avropa İttifaqına niyə üzv olmalıdır?, ikincisi, isə bu üzvlük Avropa İttifaqına nə qata bilər? Aydın məsələdir ki, bu üzvlük Avropa İttifaqına heçnə qatmayacaq, Ermənistana isə nəsə qata bilər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

T.Rzayev bildirib ki, Ermənistan iqtisadiyyatı Avropa İttifaqının gətirəcəyi üstünlüklər, dividentlər və inkişaf etmiş Avropa ölkələrinin iqtisadiyyatları hesabına inkişafa nail olmaq hədəfləyir ki, bu, Moldovanın, Gürcüstanın, Ukraynanın da Avropa İttifaqına üzvlüklə bağlı başlıca səbəbləridir: “Amma reallıq ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sülh imzalanmayıb, münaqişə hələ də davam edir və paraleldə Ermənistan şərti dövlət sərhədində təxribatlar törədir, əlavə qüvvələr cəmləyir, texnika yerləşdirir. Belə bir zamanda Ermənistanla sülh imzalanması bir qədər gecikir və belə olan təqdirdə də Avropa İttifaqına Ermənistanın üzvlük məsələsi o qədər də real görünmür. Yenə də deyirəm Avropa İttifaqına üzv olmaq üçün güclü iqtisadiyyata sahib olmaq, Avropanın tələblərini yerinə yetirmək lazımdır. Həmçinin münaqişə vəziyyətində olmamalısan, siyasi baxımdan sabit olmalısan. Bütün bunlar Ermənistanda təmin edilmədiyi təqdirdə Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi real deyil”.

Siyasi şərhçi Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana Avropa İttifaqına üzvlük yönündə dəstək verməklə bağlı qərarının isə sadəcə diplomatik bir gediş olduğunu, bunda o qədər də reallıq payının olmadığını deyib: “Tutaq kİ, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı Almaniya bu və ya başqa formada dəstək ifadə etdi. Axı, digər tərəfdən Avropa İttifaqında bu tipli məsələlər kollektiv qərarlarla verilir. Avropa İttifaqının üzvü olan bir çox ölkələr Ermənistan kimi ölkələrin Avropa İttifaqına üzvlüyündə maraqlı deyil. Onsuz da Avropada kifayət qədər problemlər var. Yəni söhbət inkişaf etmiş Avropa ölkələrinin belə inkişaf etmiş ölkə standartlarında problemlərlə üzləşməsindən gedir. Misal üçün, bu gün İtaliya, İspaniya, Portuqaliya kimi ölkələr Avropa İttifaqının üzvüdür, amma öz çaplarında ciddi iqtisadi problemlər yaşayırlar. Təbii ki, bu ölkələrin ümumdünya iqtisadi payları, göstəriciləri çox yüksəkdir. Yəni önəmli bir ölkələrdir. Lakin buna baxmayaraq Avropa İttifaqı daxilində çox ciddi problemlər yaşayırlar. Hətta ABŞ-nin son zamanlar Avropadan qoşunlarını çəkəcəyinə dair məlumatlar da yayılıb. Bu isə Avropa İttifaqının və NATO-nun xərclərinin artırması deməkdir. Belə olan təqdirdə də növbəti iqtisadi problemlərlə üzləşə bilərlər və nəticə etibarı ilə də əlavə xərc yaradacaq üzvlüklər istəmirlər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri