Avropa İttifaqından sosial şəbəkəyə qarşı sərt tədbir
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Avropa İttifaqına daxil olan ölkələr il ərzində yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkəyə çıxışını məhdudlaşdıran qanunlar qəbul edəcəklər. Rumıniya da bu siyasəti dəstəkləyəcək".
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Digi24" telekanalına Rumıniya prezidentinin müşaviri Sorin Kostrey deyib.
"Düşünürəm ki, yaxın bir il ərzində Avropanın, demək olar ki, bütün ölkələrində belə bir qanun qəbul ediləcək. Bu sahənin tənzimlənməsi zəruridir. Bəzi sosial şəbəkələr asılılıq yaradır. Bunu gənclərin tütün və alkoqola çıxışının məhdudlaşdırılması ilə müqayisə edərdim", - deyə Rumıniya rəsmisi bildirib.
Qeyd edək ki, ötən ilin sonlarında Avstraliyada 16 yaşından kiçik şəxslərin sosial şəbəkəyə çıxışını qadağan edən qanun qüvvəyə minib. Sözügedən qadağalara Fransa və Danimarka kimi bir sıra Avropa ölkələri də dəstək veriblər. Hər iki ölkə 2026-cı ildə müvafiq qanunlar qəbul etməyi planlaşdırır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Fevral 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















