Polşada təxribat və diversiya şübhəsi ilə 15 nəfər saxlanılıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Polşada təxribat, yüklərin qanunsuz yerdəyişməsi və ya diversiyada şübhəli bilinən 15 nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Qeyd edilib ki, TOR adlı əməliyyatda hüquq-mühafizə orqanlarının, dəmir yolu mühafizəsinin və hərbi idarələrin əməkdaşları iştirak ediblər.
"Təxribat kimi qiymətləndirilən 13 araşdırma aparılıb. Hadisələr barədə xüsusi xidmət orqanlarına və prokurorluğa məlumat verilib. Hazırda dörd halda təxribat və ya diqqəti yayındırma aktları təsdiqlənib. Buraya Mikedə yollarda partlayış, təmas şəbəkəsinin qırılması və s. daxildir", - hüquq-mühafizə orqanlarından bildirilib.
İlin əvvəlindən həyata keçirilən TOR əməliyyatının gedişatında həmçinin təxribat və ya diversiya ilə əlaqəli olmayan 18 cinayət və iki hüquqpozma da aşkar edilib. Bu işlər üzrə 11 nəfər saxlanılıb. Söhbət, xüsusən də, stansiyanın minalanması barədə yalan məlumatın verilməsindən, qatarların şəkillərinin çəkilməsindən, sərnişin qatarının vaqonunun pnevmatik silahdan atəşə tutulmasından və digər hallardan gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















