Icma.az
close
up
RU
Avropa İttifaqının Kəşfiyyat Missiyası : son qərar necə olacaq?

Avropa İttifaqının Kəşfiyyat Missiyası : son qərar necə olacaq?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının üzvü olan ölkələrin bu qurumdakı səfirləri qalmaqallı bir qərar veriblır. Bu qərar Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının mandatını daha iki il uzatmaq haqda olub.

Məlumdur ki, bu missiyanın Ermənistana göndərilməsi haqda qərar 2022-ci ilin oktyabrında Praqada qəbul olunub. Buna Azərbaycan da razılıq verib. Azərbaycanın razılıq verməsinin səbəbi vardı: əvvəla, Ermənistan Azərbaycanla sərhəd boyunca hər yerdə, o cümlədən Naxçıvan Muxtar Respublikası istiqamətində tez-tez atəşkəsi pozurdu. Azərbaycan da buna görə razılaşdı ki, Avropa İttifaqının 40 nəfər nümayəndəsi gəlsin, iki ay müddətində sərhəddə vəziyyəti öyrənsin, əmin olsun ki, atəşkəsi kim pozur. İkinci səbəb də bu olub ki, Avropa İttifaqı Azərbaycanla Ermənistam arasında sülh danışıqlarına vasitəçilik edirdi, rəsmi Bakı istəyirdi ki, Aİ sərhəddəki vəziyyətlə özü tanış olsun, öz gözləri ilə görsünlər ki, atəşkəsi Ermənistan pozur.

Ancaq bir müddət sonra Avropa İttifaqı neytral vasitəçi mövqeyindən uzaqlaşdı, Ermənistanın tərəfini tutdu. Nəticədə Müşahidə Missiyasının say tərkibi artırıldı; 40 nəfərdən 209 nəfərə çatdırıldı. Bunun 165 nəfəri xarici, 44 nəfəri Ermənistan nümayəndəsi oldu. İki aylıq müddət isə iki müddətinə qədər artırıldı.

Təbii ki, rəsmi Bakı ilə razılaşdırmadan bu addımlar atılmışdı. Azərbaycan bununla razılaşmadı. Haqlı etirazlarğ qəbul edolmədiyindən, Aİ vasitəçilikdən uzaqlaşdırıldı.

Missiyanın iki illik qeyri-legitim mandatının - Ermənistanda qalma müddətinin bitməsi ərəfəsində müzakirələr açıldı. Rəsmi İrəvan Avropa İttifaqına Missiyanı saxlamaq təklifini etdi. Nəhayət, yanvarın 29-da Aİ səfirlərinin belə bir qərar verməsinə nail olunub. Doğrudur, bu qərar Aİ üzv dövlətlərin xarici işlər nazirlərinin qərarı ilə təsdiqlınməlidir. Ancaq bu, formal xarakter daşıyır. Qərar faktik olaraq var.

Bu, Azərbaycanda ciddi narazılıq və narahatlıq doğurur. Əvvəla, bu məsələ Azərbaycanın razılığı olmadan həll oluna bilməzdi; Brüssel İrəvana tərəfkeşlik edib. İkincisi, müddət iki aysan iki ilə qaldırılıb, missiya üzvlərinin sayı da heç bir əsas olmadan artırılıb; 40 nəfərdən 209 nəfərə çatdırılıb. Bunun 165-i xaricilər, 44 nəfəri Ermənistan nümayəndəsidir. Üçüncüsü, Ermənistanın öz nümayəndələri bu Missiya tərkibində necə obyektiv ola bilər?! Axı onlar maraqlı tərəfin təmsilçisidir. Bu fakt özü də Missiyanın obyektivliyini şübhə altına alır. Dördüncüsü,bu Missiyanın tərkibində Kanadalı zabitlər də var. Kanada isə Avropa İttifaqının deyil, NATO-nun üzvüdür. Beləliklə, bu, NATO missiyasına çevrilib. Beşincisi, bu Missiya mandatından kənara çıxaraq, Azərbaycanla bağlı kəşfiyyat, hətta təxribat fəaliyyəti aparıb. Ona görə də media bunu haqlı olaraq "Avropa İttifaqının Kəşfiyyat Missiyası" adlandırır.

Bu səbəblərə görə, Azərbaycanın Ermənistanla sülh gündəliyində irəli sürdüyü tələblərdən biri bu "kəşfiyyat missiyası"nın sərhədlərdən və ölkədən çıxarılması idi. Ermənistan bu tələbə əməl etmək əvəzinə Missiyanın müddətinin daha iki il artırılmasına razılıq verib. Say tərkibi də dəyişməz qalıb. Deməki, bu missiya hələ bundan sonra daha iki il də Azərbaycan sərhədləri boyunca kəşfiyyatla məşğul olacaq.

Əlbəttə, bu missiyanın mandatının uzadılmasının arxasında başqa maraqlar da var. Bir zaman ATƏT-in Monitorinq qrupu vardı. ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Anjey Kasprşikin rəhbərliyi ilə bu qrup keçmiş münaqişə zonasında - qoşunların təmas xəttində, eləcə də, şərti sərhədlərdə atəşkəsi monitorinq edirdi. Onlar yerli erməni siyasi və hərbi rəhbərlərlə əlaqəyə girib faktik "atəşkəs biznesi" qurmuşdular. Erməni tərəf atəşkəsi pozurdu, Azərbaycan cavab atəşi açmağa məcbur qalırdı. Kasprçik bu hesabatları təqdim edərək, həm öz vəzifəsini qoruyub saxlayırdı, həm də onun hazırladığı materiallar "əzabkeş" ermənilərə əxaricdən yardım ayırılması üçün əsas kimi götürülür, qərar qəbul edilərkən nəzərə alınırdı. Bu qanlı "atəşkəs biznesi" 44 günlük müharibəyə qədər onillərlə davam etdi. Bəzi Avropalı hərbçi və diplomatlar bu "atəşkəs biznesi"indən pensiyaya belə çıxdılar. İndi isə bu "biznes", görünür, "Avropa İttifaqının Müşahidə Missiyası" adı altında yenidən reanimasiya olunub. Üstəlik kəşfiyyat mandatı ilə. Ona görə də Azərbaycan bu şübhəli missiyanın Ermənistandan çıxarılmasında israr edəcək. Müddətin uzadılmasına baxmayaraq, bu mövqe dəyişməyib.

Əgər Avropa İttifaqı Azərbaycanla münasibətlərin bərpasında, maraqlıdırsa, Avropanın adı altında Ermənistanın xeyrinə kəşfiyyat missiyasının mandatına son qoyarlar. Bunun əksini etmək isə bölgədə sülh gündəliyinin və Avropa İttifaqının öz maraqlarının əksinə getməkdir. Avropa İttifaqının hazırda "MÜÇAHİDƏ" etməli olduğu yer Danimarkadadır, Ermənistanda deyil. Qrenlandiya Avrozonadır, Ermənistan yox. Gedib, Qrenlandiyanı ABŞ-dan qorusunlar, Cənubi Qafqazdakı problemləri Azərbaycan bölgə dövlətləri ilə birlikdə həll edər.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri