Avropa Komissiyasının Prezidenti: Sərt geostrateji rəqabət dövrünə qədəm qoymuşuq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həyat və iş tərzimizi dəyişdirən süni intellekt, kvant hesablamaları və təmiz enerji sahəsində irəliləyişlərlə innovasiya davam edir.
APA-nın Davosa ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Davos İqtisadi Forumunda çıxışında Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.
Rusiya ilə bağlı məsələlərə və pandemiya şokuna diqqət çəkən Ursula von der Leyen deyib ki, dənizaltı məlumat kabelləri belə hədəfə çevrilib: “25 il əvvəl təsəvvür etdiyimiz Baltik dənizindən Tayvan boğazına qədər kooperativ dünya nizamı reallığa çevrilmədi. Əvəzində biz yeni sərt geostrateji rəqabət dövrünə qədəm qoyduq. Dünyanın əsas iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış üçün yarışır. Süni intellektdən təmiz texnologiyaya, kvantdan kosmosa, Arktikadan Cənubi Çin dənizinə qədər yarış davam edir. Bu rəqabət gücləndikcə, çox güman ki, iqtisadi və milli təhlükəsizliyin qorunması üçün nəzərdə tutulan sanksiyalar, ixrac nəzarəti və tariflər kimi iqtisadi alətlərdən tez-tez istifadəni görməyə davam edəcəyik. Lakin bizim təhlükəsizliyimizi qorumağı imperativi innovasiya etmək və rifahımızı artırmaq imkanlarımızla tarazlaşdırmaq vacibdir. Çünki qlobal iqtisadiyyatın bağlarını qırmaq heç kimin marağında deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















