Azərbaycan və Özbəkistanın birgə sənaye və investisiya layihələri...
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistan və Azərbaycan arasında kiçik və orta biznes, eləcə də sənaye sahəsində əməkdaşlığın əhəmiyyətli potensiala malik olduğu qeyd olunur.
SİA xəbər verir ki, bunu özbək ictimai-siyasi xadimi, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı (2019-cu ildən), “Yüksəliş” hərəkatının sədri (27 iyul 2020-ci ildən), Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri üzrə komitəsinin sədri Bobur Bekmurodov söyləyib.
Onun sözlərinə görə, nizamnamə kapitalı 500 milyon dollar olan Özbəkistan–Azərbaycan İnvestisiya Şirkətinin yaradılması birgə istehsal zəncirlərinin formalaşdırılması üçün əsas olacaq.
Deputat vurğulayıb ki, Özbəkistan Sumqayıt Kimya Sənaye Parkı Ələt Azad İqtisadi Zonası da daxil olmaqla, Azərbaycanın sənaye və texnoparklar sahəsindəki təcrübəsini diqqətlə öyrənir, eyni zamanda, IT Park, INNO və “Yaşnabad” elmi-texnoloji parkı kimi öz texnoparklarını inkişaf etdirir.
“Azərbaycanın texnoloji səriştələrinin Özbəkistanın resurs bazası ilə birləşdirilməsi Avropa və Asiya bazarları üçün rəqabətqabiliyyətli sənaye klasterlərinin yaradılmasına imkan verir”, – deyə B. Bekmurodov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Yanvar 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















