Avropa liderlərinin olduğu ərazidə bomba təhlükəsi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dublində Avropa Siyasi Birliyinin liderləri üçün təşkil olunan sammit və şam yeməyinin keçirildiyi ərazinin yaxınlığında işlək partlayıcı qurğu aşkarlanıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bomba İrlandiyanın paytaxtındakı Merrion meydanında yerləşən ofis binasında tapılıb.
Şübhəli əşya barədə məlumat alan polis əraziyə gəlib. İlkin yoxlamadan sonra İrlandiya Ordusunun Partlayıcı Maddələrin Zərərsizləşdirilməsi Bölməsi hadisə yerinə çağırılıb. Hərbçilər xam hazırlanmış, lakin işlək vəziyyətdə olan qurğunu zərərsizləşdiriblər.
Qeyd edək ki, hadisədən bir gün əvvəl meydanın qarşı tərəfində Avropa Siyasi Birliyinin sammitində iştirak edən liderlər üçün şam yeməyi təşkil olunub. Görüşdə Avropa İttifaqına üzv və üzv olmayan ölkələrin rəhbərləri iştirak ediblər.
Polis partlayıcı qurğunun binaya nə vaxt yerləşdirildiyini açıqlamayıb. Hadisə ilə bağlı araşdırma aparılır. İstintaq çərçivəsində sammit zamanı ərazinin təhlükəsizlik tədbirlərinin də yoxlanılması mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















