Icma.az
close
up
RU
Avropa liderlərinin taktiki gedişi Trampın mövqeyinə təsir etdimi? (ŞƏRH)

Avropa liderlərinin taktiki gedişi Trampın mövqeyinə təsir etdimi? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Hazırda Kiyevlə Moskvanın sərgilədiyi mövqe hətta sadəcə atəşkəsə belə nail olmağa imkan vermir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidenti Donald Tramp və Avropa liderləri arasındakı görüşlərin nəticələri, onun ABŞ liderinin rusiyalı həmkarı Vladimir Putinlə Alyaska görüşü fonunda formalaşmış baxışlarında dəyişiklik yarada bilib-bilmədiyini şərh edərkən deyib. 

Fərhad Məmmədov bildirib ki, ABŞ-Rusiya və daha sonra Avropa liderlərinin iştirakı ilə olan ABŞ-Ukrayna görüşləri müharibənin getdiyi 3.5 il ərzində danışıqlar üçün ən geniş platformanı formalaşdırıb:

"Hər iki tərəf müharibədən yorulub. Lakin bununla belə, hər iki tərəfin müharibəni davam etdirmək üçün hələ də müəyyən qədər daxili və xarici resursları var. Bu istiqamətdə ABŞ-ın fəallığı gözə çarpandır".


Ekspert qeyd edir ki, Vaşinqton Çində olacaq böyük tədbirin keçirilməsi ərəfəsində, yəni avqustun sonunadək, bu istiqamətdə hansısa bir irəliləyişin əldə olunmasına çalışır. Lakin Fərhad Məmmədovun fikrincə, burada Vaşinqtonun çalışdığı bu istəyin reallaşmasına maneə olacaq bir neçə komponent var:

"Hansı ki, ən böyük problemi formalaşdırır. Yanaşma baxımından Rusiya müharibənin nəticələrini daha çox leqallaşdırmaq niyyətindədir. Ukrayna rəhbərliyi isə sadəcə, atəşkəsə razıdır. Çünki hüquqi baxımdan ərazidən imtina etmək çətin prosesdir, təkcə legitim hakimiyyətin qərarından asılı olan məsələ deyil".

Həmsöhbətimiz düşünür ki, mövcud vəziyyətdə danışıqların bəzi komponentləri üzrə ABŞ qarşılıqlı olaraq tərəflər arasında kompromislərə nail olsa, Ukrayna ilə Rusiya arasında atəşkəs, Qərb ölkələrilə Moskva arasında isə geniş anlaşmaya nail olmaq mümkün olar.

Politoloq Kamran Cəfərov isə deyir ki, Putinlə Alyaska görüşündən sonra həm Tramp, həm də komandasının üzvləri açıq şəkildə Rusiya maraqlarına uyğun mövqe sərgiləməyə başladılar:

"Avropa liderlərinin bu taktiki gedişi nəticə verdi və Tramp 16–17 avqusta qədər olan ritorikasından geri çəkildi". 

"Bununla belə, Trampın bir xüsusiyyəti var: o, mövqeyini tez və asanlıqla dəyişə bilir. Məhz buna görə də Alyaska görüşündən sonra Trampın Ukraynaya qarşı sərt ritorikası Zelenski ilə 18 avqustda baş tutacaq görüşün son dərəcə gərgin keçəcəyini ehtimal etməyə əsas verirdi. Elə bu səbəbdən Avropa liderləri Zelenskini tək qoymamaq üçün onunla birlikdə Vaşinqtona yollandılar. Nəticədə bu taktiki gediş nəticə verdi və Tramp 16–17 avqust ritorikasından geri çəkilməli oldu".


Ekspert düşünür ki, həm Zelenski-Tramp, həm də Trampın Avropa liderləri ilə görüşü Ukrayna üçün birmənalı şəkildə müsbət qiymətləndirilə bilər:

"Çünki əsas məsələ - təhlükəsizlik zəmanətləri gündəliyin mərkəzində idi. Sammitin ən mühüm nəticəsi kimi Ukraynaya təhlükəsizlik zəmanətləri üzrə işçi qrupunun yaradılmasını qeyd etmək olar. Qrupa ABŞ dövlət katibi Marko Rubio nəzarət edəcək, onun tərkibinə milli təhlükəsizlik üzrə məsləhətçilər və NATO nümayəndələri daxil olacaq. Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri dörd əsas komponenti əhatə edəcək:

* Hərbi kontingentlər - müttəfiq qoşunların Ukrayna ərazisində yerləşdirilməsi imkanları;

* Hava hücumundan müdafiə - kritik infrastruktur və mülki obyektlərin qorunması üçün HHM sistemlərinin inteqrasiyası;

* Silahlanma - müasir müdafiə silahlarının, o cümlədən yüksək dəqiqlikli raketlərin tədarükü;

* Atəşkəsə nəzarət - hərbi əməliyyatların dayandırılmasına və atəşkəs rejiminə əməl olunmasına nəzarət mexanizmləri".

Kamran Cəfərov qeyd edir ki, baş verənləri düzgün qiymətləndirmək üçün Rusiyanın müharibəyə başlama motivləri nəzərə alınmalıdır: 

"Moskva iddia edir ki, müharibənin dayandırılması üçün əvvəlcə "münaqişənin ilkin səbəbləri” aradan qaldırılmalıdır. Əslində isə bu, sadəcə təbliğat ritorikasıdır. Putini nə Donetsk və Luqansk, nə də hazırda işğal olunmuş 19% ərazi maraqlandırır. Onun məqsədi Ukraynanın bütövlükdə nəzarət altına alınmasıdır. Bu, istər marionet hökumət, istərsə də açıq-aşkar prorusiya administrasiyası formasında ola bilər. Əsas odur ki, Ukrayna müstəqil və suveren dövlət kimi mövcud olmasın. Məhz buna görə Zelenski təhlükəsizlik zəmanətləri məsələsində bu qədər israr edir. 18 avqust Vaşinqton sammitinə qiymət verərkən də məhz bu konteksti əsas götürmək lazımdır".

Qeyd edək ki, dünən Ağ Evdə ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Bu ikitərəfli görüşün ardınca NATO Baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcia Meloni və Finlandiya prezidenti Aleksandr Stubb, habelə Tramp və Zelenskinin iştirakı ilə də geniş tərkibli görüş baş tutub. 

Bu keçirilən görüşlərdən sonra verilən məlumatlara görə, iki həftə ərzində Trampın da iştirakı ilə Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilə bilər. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Avqust 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri