Avropa Liqası: Qarabağın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib
Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.
Qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.
Baş hakimin köməkçiləri Nikola Boroviç və Boşko Bojoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Avropa Liqası: Qarabağın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib
26 Noyabr 2024 14:36
Qarabağın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib
26 Noyabr 2024 13:12
UEFA Avropa Liqası: Qarabağ Lion oyununun hakimləri müəyyənləşib
26 Noyabr 2024 13:38
Avropa Liqası: “Qarabağ” “Lion” oyununun hakimləri açıqlanıb
26 Noyabr 2024 17:33

