Avropa Liqasında 6 cı final Emeri rekordunu yenilədi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Aston Villa” klubunun ispaniyalı baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının tarixində növbəti uğura imza atıb.
Moderator.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Birmingem təmsilçisi yarımfinal mərhələsində “Nottingham Forest”i mübarizədən kənarlaşdırıb.
İlk oyunda 0:1 hesabı ilə məğlub olan “Aston Villa” cavab matçında rəqibini 4:0 hesabı ilə darmadağın edərək finala yüksəlib.
Bununla da Unay Emeri karyerasında 6-cı dəfə Avropa Liqasının finalına çıxıb. O, daha əvvəl 5 dəfə bu mərhələyə yüksəlib və bunların 4-də qalib adını qazanıb. İspaniyalı mütəxəssis bu göstərici ilə öz rekordunu yeniləyib.
Eyni zamanda Emeri avrokuboklar tarixində finala ən çox çıxan məşqçilərdən biridir. O, bu göstəricidə Karlo Ançelotti, Covanni Trapattoni, Aleks Ferqyuson və Joze Mourinyo ilə eyni səviyyəyə yüksəlib.
Qeyd edək ki, “Aston Villa” finalda Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq. Həlledici görüş mayın 20-də İstanbulda keçiriləcək. /Teleqraf/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 08 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















