Haaland Avropa rekordunu yenilədi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Norveç millisinin üzvü Erlinq Haaland dünya çempionatının seçmə mərhələləri tarixində Avropa zonasında qol rekordunu yeniləyib.
QOL.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu İtaliyaya 4:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.
O, bu seçmə mərhələdə vurduğu qolların sayını 16-ya çatdırıb. Bununla da Haaland Polşa yığmasının forvardı Robert Levandovski DÇ-2018-in seçmə mərhələsində vurduğu qollarına sayına çatıb.
Müqayisə üçün bildirək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində bir mövsümdə seçmə mərhələdə 15 qol vurmağı bacarmışdı.
Dünya çempionatının təsnifat mərhələlərində mütləq rekordçu isə İran millisinin sabiq üzvü Kərim Bageridir. O, 1998-ci il mundialının seçmə oyunlarında 19 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















