Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Avropa Macarıstanda seçki rəqabətini diqqətlə izləyir

Avropa Macarıstanda seçki rəqabətini diqqətlə izləyir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paralel mitinqlər sabitlik və dəyişiklik tərəfdarlarını üz-üzə qoyub

Macarıstanda seçkiöncəsi siyasi durum mitinqlərlə müşayiət olunur. Paytaxt Budapeştdə eyni gündə keçirilən paralel aksiyalar ölkədə siyasi rəqabətin kəskinləşdiyini göstərir. Martın 15-də Baş nazir Viktor Orban tərəfdarları qarşısında çıxış edib.

Qarşıdan gələn seçkini “tarixi seçim” adlandıran V.Orbanın sözlərinə görə, ölkə təhlükəsizlik və sabitlik kursunu davam etdirmək ilə yeni siyasi istiqamətə yönəlmək arasında qərar verməlidir. Paraleldə, millətçi liderin uzun illər davam edən hakimiyyətinə son qoymaq istəyən müxalif qüvvələr də genişmiqyaslı mitinqlər keçirib.

Ümumən son 3 ildə iqtisadi artımın zəifləməsi, yaşayış xərclərinin yüksəlməsi və Avropa İttifaqı ilə münasibətlər ətrafında davam edən mübahisələr seçki mühitini əvvəlki kampaniyalardan fərqli edib. Hakim “Fidesz” partiyası ilə mərkəz-sağ düşərgəni təmsil edən Piter Magyarın rəhbərlik etdiyi “Tisza” hərəkatı təşkil olunan aksiyalar vasitəsilə öz siyasi güclərini nümayiş etdirməyə çalışırlar. Sorğuların bir qismi müxalifətin üstünlüyünü göstərsə də, hakimiyyət tərəfdarları nəticənin hələ tam müəyyənləşmədiyini bildirir. Əslində, bu gün Macarıstanda müşahidə olunan seçki rəqabəti Avropa İttifaqı ilə münasibətlərin gələcəyi, Ukrayna müharibəsinin yaratdığı geosiyasi gərginlik və milli suverenlik ilə inteqrasiya arasında tarazlığın necə qurulacağı ilə bağlıdır. Bu səbəbdən 12 aprel tarixində keçiriləcək seçkilər hökumətin taleyi ilə yanaşı, ölkənin növbəti illərdə hansı siyasi və iqtisadi istiqamətdə inkişaf edəcəyini müəyyən edə biləcək hadisə kimi qiymətləndirilir.

Yeri gəlmişkən, Macarıstanda keçiriləcək seçkilər Avropa miqyasında da diqqətlə izlənilir. Bunun əsas səbəblərindən biri ölkənin Avropa İttifaqı (Aİ) ilə münasibətlərində xüsusi xətt tutmasıdır. Budapeşt rəsmi olaraq İttifaqın üzvü olsa da, bir sıra strateji məsələlərdə fərqli mövqe nümayiş etdirməsi onu qitə daxilində ən çox müzakirə olunan paytaxtlardan birinə çevirib. Məlumdur ki, son dövrlər Aİ daxilində milli suverenlik ilə inteqrasiya siyasəti arasında balansın necə qurulması barədə mübahisələr kəskinləşib. Bəzi ölkələr daha sıx əməkdaşlıq tərəfdarı olduğu halda, digərləri qərarvermə imkanlarının qorunmasının vacibliyini vurğulayır. Macarıstan ikinci yanaşmanı daha açıq müdafiə edən dövlətlərdən biri kimi tanınır.

ARAYIŞ: Viktor Orban Avropa İttifaqının miqrasiya siyasəti, enerji təhlükəsizliyi, sanksiyalar və Ukrayna müharibəsi ilə bağlı qərarlarında ehtiyatlı mövqeyi ilə seçilir. Rəsmi dairələr bunu ölkənin milli maraqlarını qorumaq zərurəti ilə izah edir. Hakimiyyət hesab edir ki, vahid qərarlar qəbul olunarkən üzv dövlətlərin fərqli iqtisadi və təhlükəsizlik şərtləri nəzərə alınmalıdır. Brüsseldə formalaşan yanaşmaya görə, xüsusilə müharibə və enerji böhranı kimi vəziyyətlərdə ittifaq daxilində daha koordinasiyalı siyasət tələb olunur. Mövcud fikir ayrılığı, eləcə də Macarıstanın mövqeyi son illər tərəflər arasında siyasi dialoqun mürəkkəb xarakter almasına səbəb olub.

Seçki kampaniyası zamanı bu mövzu yenidən gündəmə gəlib. Hakimiyyət Avropa ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qəbul etsə də, qərarların milli maraqlar nəzərə alınmadan qəbul olunmasının düzgün olmadığını bildirir. Müxalifət isə hesab edir ki, Budapeşt ilə Brüssel arasında uzun müddət davam edən gərginlik iqtisadi imkanların tam istifadə olunmasına mane olur və investisiya mühitinə mənfi təsir göstərir. Mübahisələr, sadəcə, siyasi ritorika ilə məhdudlaşmır. Avropa fondlarından ayrılan vəsaitlər, enerji layihələri və təhlükəsizlik proqramları kimi məsələlər də tərəflər arasında münasibətlərə xeyli təsir göstərir. Macarıstan iqtisadiyyatının Avropa bazarı ilə sıx bağlı olması əməkdaşlığın davamlı qalmasını zəruri edir. Eyni zamanda, hökumət daxili siyasətdə müstəqil qərar vermək imkanının qorunmasını strateji məsələ kimi dəyərləndirir. Seçkilərdə iştirak edən əsas siyasi qüvvələrin mövqeləri də bu balans axtarışını əks etdirir. Hakim “Fidesz” partiyası mövcud kursun ölkəyə sabitlik gətirdiyini vurğulayır və kəskin dəyişikliklərin riskli ola biləcəyini bildirir. Müxalif düşərgənin önə çıxardığı Peter Magyar isə Avropa strukturları ilə daha konstruktiv dialoqun mümkün olduğunu deyir, lakin o da milli maraqların nəzərə alınmasının vacibliyini inkar etmir. Bu isə seçkilərin ideoloji qarşıdurmadan daha çox siyasi prioritetlərin fərqli şərhi üzərində qurulduğunu söyləməyə əsas verir.

Ukraynada davam edən müharibə Aİ daxilində mövqelərin yaxınlaşmasını tələb edən amillərdən biri kimi qiymətləndirilir. Bununla belə, region dövlətlərinin hər birinin təhlükəsizlik və iqtisadi maraqları fərqli olduğundan vahid yanaşma formalaşdırmaq həmişə asan olmur. Macarıstanın ehtiyatlı siyasəti də bu fərqlərin nəticəsi kimi izah edilir. Geosiyasi gərginliyin artması Avropada ümumilikdə daha konservativ seçici davranışına səbəb olan amillərdən biri kimi önə çıxır. Təhlükəsizlik riskləri yüksəldikcə, seçicilər adətən daha stabil və tanış siyasi kursa üstünlük verməyə meyilli olur. Bununla yanaşı, iqtisadi çətinliklər artdıqda dəyişiklik tələbi güclənə bilir. Mitinqlər zamanı səslənən şüarlar da göstərdi ki, cəmiyyət daxilində əsas mübahisə gələcək risklərin necə qiymətləndirilməsi ilə bağlıdır. Bir qrup seçici mövcud kursun davam etdirilməsini daha təhlükəsiz hesab etdiyi halda, digər qrup yeni siyasi yanaşmanın ölkəyə daha geniş imkanlar açacağını düşünür.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, seçkilərin nəticəsindən asılı olmayaraq Macarıstanın xarici siyasətində kəskin dönüş gözlənilmir. Ölkə həm Aİ-nin üzvü olaraq qalmağa, həm də öz iqtisadi və enerji maraqlarını qorumağa çalışacaq. Bu isə Budapeştin gələcəkdə də balanslaşdırılmış siyasət yürütməyə məcbur olacağını göstərir.

Züriyyə QARAYEVA,
politoloq

Viktor Orban rəhbərlik etdiyi hakimiyyətlə müxalifətin lideri Peter Magyar ətrafında formalaşan siyasi blok arasında gərginliyin artması Macarıstanda 2026-cı il seçkilərinin adi siyasi kampaniya olmayacağını göstərir. Son illər ölkədə siyasi sistem kifayət qədər sabit görünürdü və hakim partiya uzun müddət parlament çoxluğunu qoruyub saxlayırdı. Lakin müxalifətin yeni sima ətrafında toplanması və Budapeştdə keçirilən kütləvi mitinqlər göstərir ki, seçki prosesinə maraq və siyasi mobilizasiya ciddi şəkildə artıb. Bu isə seçkilərin həm də cəmiyyət daxilində fərqli siyasi baxışların daha açıq şəkildə qarşılaşması kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, belə gərgin kampaniyalar Avropa ölkələrində seçki öncəsi dövrdə tez-tez müşahidə olunur və bu, müəyyən mənada, demokratik proseslərin dinamikliyini də əks etdirir. Sorğuların seçkinin çox gərgin keçəcəyini göstərməsi siyasi mübarizənin daha aktiv olacağına işarədir, lakin nəticəni əvvəlcədən müəyyən edən əsas faktor yenə də seçicilərin davranışı olacaq. Budapeştdə keçirilən mitinqlərə gəldikdə, siyasi qüvvələrin tərəfdarlarını səfərbər etməyə çalışdığı görünür və seçkiyə qədərki dövrdə debatların, siyasi ritorikanın və ictimai müzakirələrin daha da intensivləşməsi gözləniləndir. Belə şəraitdə əsas məsələ siyasi rəqabətin institusional çərçivədə qalması və seçki prosesinin sabit şəkildə keçirilməsidir.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri