Icma.az
close
up
RU
Avropa Məhkəməsi bəraət alan keçmiş NİDA çıların işini siyahıdan çıxarıb

Avropa Məhkəməsi bəraət alan keçmiş NİDA çıların işini siyahıdan çıxarıb

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Avropa İnsan Hüquqları Məhkəməsi NİDA Gənclər Hərəkatının keçmiş üzvləri  Məmməd Əzizov və Şahin Novruzlunun barəsində ittiham hökmünün çıxarılması ilə bağlı verdikləri şikayətlər üzrə qərarını qəbul edib. Qərara görə, hər iki şəxsin işinə baxılmasından imtina olunub.

Bu barədə Gununsesi.info-ya danışan vəkil Fariz Namazlının sözlərinə görə, hər iki şəxs barəsində 2022-ci ildə Ali məhkəmənin Plenumu bəraət hökmü çıxarıb:

“Bunu, eyni zamanda hər ikisinə dəymiş zərərə görə Nəsimi rayon məhkəməsinin kompensasiya təyin etməsini və bununla ərizəçilərin zərərçəkmiş statusunu itirdiyini əsas götürən Hökümət işin siyahıdan çıxarılmasını xahiş edib.

Avropa Məhkəməsi qeyd edib ki, ərizəçilərdən biri 1 il 7 ay, digəri 3 il həbsdə olub, daha sonra əfv edilib və 2022-ci ildə bəraət alıblar. Ümumilikdə, onlar 8 il 4 ay ərzində cəmiyyətin gözündə günahkar hesab olunublar. Bundan əlavə, Ali məhkəmənin plenumunun qərarı qısa əsaslandırılıb və Konvensiyanın normalarının hər hansı pozuntusu açıq şəkildə tanınmayıb. (Qeyd: Bəzən daxili şikayətlərdə Konvensiyanın normalarının pozuntusunun tanınması şikayətdə göstərilsə də, yerli məhkəmələr qərarlarında qeyd edir ki, Azərbaycan qanunvericiliyində Konvensiya normalarının pozuntusunun tanınması qeyd edilməyib). Buna görə də Avropa Məhkəməsi ərizəçilərə kompensasiya ödənilməsinə baxmayaraq ərizələrin qəbuledilməz elan olunmasının mümkün olmaması nəticəsinə gəlib.

Məhkəmə yerli səviyyədə ödənilən kompensasiya məbləğlərinin əsassız olmaması nəticəsinə gəldi, eyni zamanda ərizəçilərin şikayət etdiyi halların (məhkum edilmələri) artıq mövcud olmamasını nəzərə alaraq işi siyahıdan çıxardı və məhkəmə xərclərinə görə 1000 və 500 avronun ödənilməsinə qərar verdi”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri