Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) 27-ci illik toplantısı və Baş Assambleyası keçirilib. Tədbirə Azərbaycanı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli təmsil edib.
Toplantıda AİPCE-yə üzv təşkilatların illik hesabatları təqdim edilib. Təşkilati məsələlərə baxılıb, növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək Katiblik formalaşdırılıb.
Sonra mətbuat şuralarının fəaliyyəti və gələcəyi ilə bağlı müzakirələr keçirilib. Bu çərçivədə ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin müşaviri Deniz Vaqnerin “Medianın özünütənzimlənməsinin gələcəyi” mövzusunda məruzəsi dinlənilib. Rəqəmsal transformasiya dövrürünün tələbləri nəzərə alınaraq, mətbuat şuralarının AI-nin Rəqəmsal Xidmətlər Aktının (DSA) 21-ci maddəsini nəzərdən keçirmələrinin vacibliyi vurğulanıb. Sessiya çərçivəsində “Özünütənzimləmənin cəmiyyət və media üçün vacibliyi”, “Mətbuat və media şuralarının maliyyələşdiriliməsinin yeni variantları” mövzuları da müzakirə edilib.
Tədbirin ikinci günündə hazırkı media tendensiyaları ətrafında müzakirə aparılıb. Media sektorundakı son trendlər, xüsusilə, “Sosial şəbəkələrin və süni intellekt sistemlərinin peşəkar jurnalistikaya təsirləri”, “ChatGPT, DeepSeek, Google Search və müəllif hüquqları”, “Mətbuat azadlığı, dezinformasiyaya qarşı mübarizə və özünütənzimləmənin əhəmiyyəti” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib. Qeyd olunub ki, rəqəmsal transformasiya medianın tipini dəyişir. Bu baxımdan, rəqəmsal dövrdə mətbuat şuralarının roluna dair yeni çağırışlar da ortaya çıxır, habelə qurumların fəaliyyəti ilə bağlı yeni strategiyaların hazırlanması zərurətə çevrilir. Mövcud istiqamətdə təkliflərin hazırlanması üçün koordinasiya komitəsinə tapşırıq verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 12 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















