Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib.
APA DW-ə istinadən bildirir ki, Aİ ölkələrindən İtaliya və İspaniya İsrail nəzarətində olan Fələstinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər edən Aİ diplomatlarına İsrail əsgərlərinin atəş açmasını pisləyib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsraili insidenti araşdırmağa və günahkarları "məsuliyyətə cəlb etməyə" çağırıb:
"Diplomatların həyatına hər hansı təhdidlər qəbuledilməzdir".
İsrail ordusu rəsmisi bildirib ki, diplomatlar müəyyən edilmiş marşrutdan "kənara çıxdıqları" üçün əsgərlər "xəbərdarlıq atəşi" açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Norveç İsrailin diplomatlara atəş açmasını PİSLƏDİ
21 May 2025 23:17
İtaliya XİN: İsrailin diplomatlara atəş açması qəbulolunmazdır
21 May 2025 22:17
Ərəb ölkələri İsrailin Suriyaya hücumuna qarşı çıxdılar
12 Yanvar 2025 20:32
Cenində gərginlik: 73 yaşlı fələstinli həyatını itirib
03 Fevral 2025 00:03
Türkiyə XİN İsrailin Suriyaya irəliləyişini pisləyib
10 Dekabr 2024 16:06

