Nəsli kəsilməkdə olan nadir balina balası aşkarlanıb
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanada sahillərində nəsli kəsilmək təhlükəsi ilə üzləşən Şimali Atlantika sağ balinasının indiyədək qeydə alınmamış balası aşkarlanıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, nadir balina və onun balası sentyabrın 25-də Kvebek əyalətinin Antikosti adası yaxınlığında müşahidə edilib.
Mingan Island Cetacean Study təşkilatının tədqiqatçıları tərəfindən çəkilən fotolar Yeni İngiltərə Akvariumunun alimlərinə təqdim olunub. Mütəxəssislər görüntüləri mövcud foto-identifikasiya bazası ilə müqayisə etdikdən sonra balanın əvvəllər qeydə alınmadığını müəyyənləşdiriblər.
Araşdırmaya görə, balanın 2025–2026-cı il çoxalma mövsümündə dünyaya gəldiyi ehtimal olunur. Onun anası isə ən azı 38 yaşlı, “Silt” adı ilə tanınan dişi balinadır. Bu, həmin balinanın qeydə alınmış altıncı balasıdır.
Alimlərin sözlərinə görə, ana balina 2026-cı ilin fevralında ABŞ-ın cənub-şərqində müşahidə edilsə də, sonradan uzun müddət tədqiqatçıların diqqətindən yayınıb. Yeni görüntülər onun balası ilə birlikdə olduğunu təsdiqləyib.
Məlumata əsasən, Şimali Atlantika sağ balinalarının ümumi sayı təxminən 380-dir. Bu növ gəmilərlə toqquşma və balıqçılıq torlarına ilişmə kimi təhlükələrlə üzləşir.
Alimlər yeni balanın aşkarlanmasını nəsli təhlükədə olan bu növün qorunması baxımından sevindirici hadisə kimi qiymətləndirirlər.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















