Lionel Messi MLS tarixində ilkə imza ataraq yeni rekord müəyyənləşdirib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün ən yaxşı bombardiri olaraq “Qızıl buts” mükafatını qazanıb və tarixi rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu mövsümü 26 qolla başa vurub. O, 22 qol vuran “Dallas”ın hücumçusu Petar Musanı geridə qoyub.
Beləliklə, Messi MLS tarixində ardıcıl iki mövsüm “Qızıl buts” mükafatını qazanan ilk futbolçu olub. Argentinalı ulduz 2025-ci ildə də 35 qolla çempionatın ən yaxşı bombardiri adını qazanıb.
Qeyd edək ki, “İnter Mayami” müntəzəm mövsümün son turunda “Şarlott”la 3:3 hesablı heç-heçə edib. Florida təmsilçisi qarşılaşmada 3:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Messi bu görüşdə məhsuldar hərəkətlə yadda qalmayıb.
“İnter Mayami” müntəzəm mövsümü Şərq konfransında ikinci pillədə başa vuraraq pley-offa vəsiqə qazanıb. Komanda ilk mərhələdə “Kolumbus Kryu” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Noyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















