Avropa ölkəsində tarixinin ən böyük meşə yanğını
Icma.az, Milli.az saytına istinadən bildirir.
Belçikanın şərqində baş verən meşə yanğını ölkə tarixində qeydə alınan ən böyük yanğın olub.
Milli.Az APA-ya istinadən bildirir ki, Hautes Fagnes təbiət qoruğunda baş verən yanğın 1 600 hektar ərazini əhatə edib.
Yanğının miqyasına görə 2011-ci ildə ölkədə baş vermiş və təxminən 1 400 hektar ərazini məhv etmiş meşə yanğınını geridə qoyduğu bildirilir.
Küləyin istiqamətinin dəyişməsi və tüstünün yayılması səbəbindən Lyej əyalətinin hakimiyyət orqanları iki bələdiyyənin bəzi ərazilərinin sakinlərinin təxliyəsinə qərar verib. Turistlərə də ərazini tərk etmək tövsiyə olunub.
Yanğının söndürülməsi üçün Avropa İttifaqı üç helikopter və iki təyyarə göndərib. Ərazidə yerli yanğınsöndürənlər, hərbçilər və fermerlər də fəaliyyət göstərir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Avqust 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















