Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi hesabatı qəbul edib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa Parlamentində Gürcüstanla bağlı tənqidi hesabat qəbul edilib.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan üzrə məruzəçi Rasa Yuknyaviçenenin hazırladığı sənədi 436 deputat dəstəkləyib, 145-i əleyhinə səs verib.
Hesabatda bildirilib ki, Avropa Parlamenti Avropa və demokratik Gürcüstan uğrunda mübarizəsini davam etdirən gürcü xalqı ilə tam həmrəyliyini ifadə edir.
Sənəddə qeyd edilib ki, hakim "Gürcü Arzusu" partiyası Gürcüstanın avrointeqrasiya kursunu nəinki dayandırıb, hətta faktiki olaraq dəyişdirib. Partiyanın fəxri sədri Bidzina İvanişvili, bir sıra vəzifəli şəxslərə, hakim və prokurorlara qarşı fərdi sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, hesabat mayın 5-də Avropa Parlamentinin Xarici əlaqələr komitəsində 53 səslə dəstəklənib. Gürcüstanın Xarici İşlər Nazirliyi sənəddə faktların qəsdən təhrif edildiyini və absurd ittihamların yer aldığını bildirib.
Baxış sayı:150
Bu xəbər 17 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















