Icma.az
close
up
RU
Avropa Parlamenti Zəfərimizdən qisas almağa çalışır DEPUTATLAR

Avropa Parlamenti Zəfərimizdən qisas almağa çalışır DEPUTATLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətini deputatlar sərt tənqid edərək bütün əməkdaşlıqların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında  Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti müzakirəsi zamanı Milli Məclisin deputatları çıxış edib.

Deputat Elşad Musayev bildirib ki, Avropa Parlamenti yenə də öz "ənənəsinə" sadiq qalaraq və uzunmüddətıi qərəz təcrübəsinə əsaslanaraq Azərbaycana qarşı növbəti riyakar Qətnaməsini qəbul edib:

“Bunlar sanki kvorum gözləyirlər, bir himə bənddirlər - Azərbaycanı hədəf almaq üçün. Hərçənd, biz artıq məlum icraatlara öyrəşmişik, alışmışıq və belələrinə qarşı siyasi immunitetimiz də çoxdan formalaşıb. Əvvəla, yenə başlayıblar ki, ay filankəs ədalətsiz həbs olundu və ya filankəslər "hərbi əsir"dir”.

Deputat vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyinin özü Avropa Parlamentinin əsassızca, məntiqsizcə qaldırdığı məsələlərin üzərinə getmir, kiməsə hərbi əsir demir, hansısa abstrakt mədəni irsdən danışmır:

“İddia edirlər ki, mədəni irsi məhv edirsiz... Bax, bu yerdə bilmirsən güləsən ya ağlayasan. Niyə? Çünki, belə şeyi söyləmək, iddia etmək üçün sözün gerçək anlamında abırsız olmaq lazımdır. Və ya - normal abır yetərlidir ki, həmin kəlməni dilinə almayasan. Mən düşünürəm ki, bunlarla bütün əlaqələri müvəqqəti də olsa tam kəsmək lazəmdır. Həm, "Avronest"dən çıxmalıyıq, həm də Avroparlamentdəki komissiyada fəaliyyətimizi dayandırmalıyıq” – deputat vurğulayıb.

Deputat Zaur Şükürov isə vurğulayıb ki, Avropa növbəti dəfə Azərbaycanı hədəfə alıb.

"Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir".

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır.

“Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəratə tələb edərdilər”

Komitə sədri bildirib ki, Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırır və bunun üçün son 35 ildə ilk dəfə AZAL təyyarəsi ilə təhlükəsiz şəraitdə İrəvana gedir. “Belə bir vaxtda, barışa və təhülkəsilziyə qarşı fəallaşan qüvvələr Zəfərimizdən qisas almağa çalışırlar”, o deyib.

Deputat Azay Quliyev bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycanın milli maraqlarını hədəfə alır və regionun reallıqlarını nəzərə almadan köhnə, əsassız ittihamları təkrar gündəmə gətirir. Onun sözlərinə görə, Ermənistanla bağlı son qətnamədə də Azərbaycana aidiyyəti olmayan məsələlər yer alıb, hətta ölkəmizə qarşı cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılması tələbi irəli sürülüb.

Azay Quliyev bildirib ki, bəzi Avropa siyasətçilərinin fəaliyyətində korrupsiya izləri də müşahidə olunub və bu hallar beynəlxalq qalmaqallarla üzə çıxıb. O, bu kimi şəxslərin qərarlarının araşdırılmasının vacibliyini vurğulayaraq, onların siyasi motivli və qərəzli fəaliyyətinə hüquqi qiymət verilməli olduğunu deyib.

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov isə vurğulayıb ki, regionda uzun illər davam etmiş münaqişə artıq başa çatmışdır. Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bugünkü reallıq post-münaqişə dövrüdür.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh sazişi istiqamətində intensiv proses gedir. Belə bir həssas mərhələdə Avropa Parlamentinin birtərəfli və təxribat xarakterli bəyanatları sülh gündəminə xidmət etmir, əksinə regionda etimad mühitinə zərbə vurur”.

Deputat Vüqar Bayramov isə çıxışı zamanı qeyd edib ki, Avropa Parlamentində müzakirəyə çıxarılan “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi formal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra müddəaları Azərbaycana qarşı əsassız ittiham və tələbləri ehtiva edir və bu, bəzi Qərb dairələrinin qərəzli mövqeyini nümayiş etdirir.

“Bununla yanaşı, Avropada Azərbaycanın dostları da kifayət qədərdir və son yüksək səviyyəli səfərlər bunu təsdiqləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri