Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Avropa Parlamentində yeni böyük qalmaqal

Avropa Parlamentində yeni böyük qalmaqal

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunanıstandan olan deputat insan haqlarını kobud şəkildə pozmaqda təqsirləndirilir

Avropa Parlamenti mütəmadi olaraq bəzi kiçik ölkələrə, o cümlədən, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Amma qurumun özündə müxtəlif vaxtlarda müxtəlif neqativ hadisələr – korrupsiya, rüşvət qalmaqalları, insan haqlarının pozulması və c. baş verib. Bununla belə, təşkilat özünün gözündəki tiri görməyərək, başqalarının gözündə çöp axtarmaqda davam edir. 

2022-ci ildə Avropanı sarsıdan “Qətərqeyt” qalmaqalı hələ yadımızdan çıxmayıb. Bu korrupsiya hekayəsinin əsas oyunçuları spiker müavini Eva Keyli, Avropa Parlamentinin deputatları Mark Tarabella, Andrea Kozzolino, Pier Antonio Panzeri və Nikolo Fiqa-Talamanka idi. Onların hamısı rüşvət almaqda və Aİ-nin siyasətinə təsir etmək cəhdində ittiham olunurdular. Buna görə də AP-də maliyyə fırıldaqları adi hala çevrilib.

Elə bu ay ərzində Avropa Parlamentində Federika Moqerini və digərlərinin korrupsiya qalmaqalı ilə bağlı müzakirələr başa çatmamış qurumun başqa bir üzvünün insan haqlarını kobudcasına pozması barədə məlumatlar tirajlanmaqdadır. Bununla bağlı “Euronews” yazır: “Avropa Parlamentində böyük qalmaqal yaşanıb: jurnalistin zorakılığa məruz qalması barədə şikayəti deputat Nikos Pappasın parlament qrupundan çıxarılması və işin onun təmsil olunduğu SIRIZA partiyasının Etika Komitəsinə göndərilməsi ilə nəticələnib. İnsident isə Strasburqdakı barlardan birində baş verib”.

Məlumata görə, Avropa Parlamentinin plenar iclasındakı çıxışından bir neçə saat sonra Yunanıstandan olan AP üzvü Nikos Pappas təmsil olunduğu SIRIZA partiyasının da daxil olduğu Avropa Solçu Qrupundan xaric edilib. Partiya sədri Sokrat Famelosun bu qərarı həm siyasi dairələrdə, həm də jurnalist ictimaiyyətində geniş rezonans doğuran qalmaqala cavab olub.

Yunanıstanın NEWS 24/7 agentliyini təmsil edən jurnalist Nikos Giannopoulos iddia edib ki, Avropa Parlamentinin üzvü Pappas Strasburqdakı barda ona hücum edib. Həmin axşam yerli vaxtla təxminən saat 23:30-da Giannopoulos yunan jurnalistlərindən ibarət nümayəndə heyətinin tərkibində barda olub. Həmin vaxt Pappas da digər həmkarları da birgə bara gəlib. Jurnalist bir həmkarı ilə bardan çıxarkən Pappas ona badalaq gəlib və etiraz eşitdikdə isə Giannopoulosu hədələməyə başlayıb. Jurnalist daha heç bir cavab vermədən qapıya tərəf yön aldıqda Pappas yenə əl çəkməyib və onun başının arxasına iki güclü yumruq zərbəsi endirib. Bundan sonra yıxılan jurnalist dərhal Strasburqdakı Elzas polis şöbəsinə rəsmi şikayət ərizəsi ilə müraciət edib. Fransa hüquq-mühafizə orqanları isə dərhal araşdırmalara başlayıb.

Bütün bunlarla bərabər, Nikos Pappasın hərəkətləri barədə SIRIZA partiyasının Etika Komitəsinə də məlumat çatdırılıb və orada onun partiyadan birdəfəlik xaric edilməsi məsələsi nəzərdən keçirilir. Beləliklə, iş təkcə hüquqi deyil, həm də partiyadaxili məsələ kimi araşdırılır.

Jurnalistin şikayəti və Sokrat Famelosun qərarı artıq məhkəmə prosesləri üçün zəmin yaradıb. Avropa Parlamentinin üzvü heç bir səbəb olmadan zorakılıqda ittiham olunur.  İndi siyasi dairələrdə hesab edirlər ki, bu hadisə həm deputatın siyasi karyerasına, həm də üzvü olduğu partiyanın nüfuzuna ciddi təsir göstərəcək.

Avropa Parlamentinin üzvü kimi məsul bir vəzifə sahibinin jurnalistə hücum etməsi barədə xəbərlərdən sonra Yunanıstan hökumətinin sözçüsü də sərt açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, bu, Pappasın yol verdiyi ilk kobudluq hadisəsi deyil. Əvvəllər onun hərəkətləri SIRIZA partiyası tərəfindən ört-basdır edilib və son nəticədə baş verənlər onun aqressiv davranışlarının davam etdiyini göstərir.

Hökumət sözçüsü onu da əlavə edib ki, AP deputatının partiyadan xaric edilməsi əslində çox gec baş verir və uzun müddət onun hərəkətlərinə qarşı dözümlülük nümayiş etdirilməsi özünü əxlaq və qanunun aliliyinin müdafiəçisi kimi təqdim etməyə çalışan SIRIZA-nın ikiüzlülüyünü göstərir. 

Paşa ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri