Icma.az
close
up
RU
Avropa Parlamentinin qərəzli qətnamələri Azərbaycanı yolundan döndərə bilməz ŞƏRH EDİLDİ

Avropa Parlamentinin qərəzli qətnamələri Azərbaycanı yolundan döndərə bilməz ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə ilə bağlı Milli Məclis bəyanat qəbul etdi. Bəyanatda avropalı parlamentarilərin Ermənistanın öuzun illər ərzində tapdalanmış haqları haqqında heç vaxt səsini çıxartamadığı halda öz müstəqlliyini təmin edərək firavan və təhlükəsiz həyta təmin etmiş ölkəmizə dikte ritoruikası ilə ittiham etmək istəklərini kəskin pisləmişdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Avropalı parlamentarilər çox yaxşı bilirlər ki, Azərbaycanda yaşayan bütün vətəndaşlara, onun milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabər münasibət sərgilənir, hüquqları qorunur və azadlıqlar təmin olunur: "Məhz Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi 20 min nəfəri əhatə edəcək Amnistiya Aktı da dövlətin öz vətəndaşına göstərdiyi humanist və bərabər münasibətin göstəricisidir. Amma təəssüf ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, dövlətimizin güclənməsini və xalqımızın sabitlik və rifah içində yaşamasını istəməyən, bundan narahat olan dairələr hər zaman olduğu kimi öz repertuarını dəyişmək istəmir. Belə ki, Avropa Parlamenti Azərbaycanı hədəf almaqdan əl çəkmir. Özü də reallıqları kontekstdən çıxardaraq, öz maraqlarına cavab verən formada… Sual olunur, niyə məhz son zamanlar Azərbaycana qarşı sərt ritorika və addımlar yenidən və daha da aktuallaşıb?

Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli qətnaməsi qərəzdən, iftiradan, aranı qatmaqdan, milli heysiyyətlərimizə toxunmaqdan başqa bir şey deyil. Avropa Parlamentində bir az belə ədalət olsaydı heç olmasa əvvəlcə 20 min nəfərə şamil olunacaq Amnistiya Aktının qəbul olunmasını təqdir edərək sonra digər məsələləri səsləndirərdi. Bəli, onlara Azərbaycan vətəndaşının haqqının müdafiəsi maraqlı deyil. Görünən odur ki, avropalı parlamentarilər sadəcə onların Azərbaycana uzadılan əllərin qarşısının kəsilməsindən narahatdırlar. Təbii ki, dövlətə və dövlətin qanunlarına əks gedən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır.

Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən Avropanın özündə azad fikir ifadə edən insanların təqib edildiyini, etirazını bildirmək üçün aksiyalara qoşulanların atların təpikləri altına salındığını və itləri üstlərinə buraxılması hallarını az müşahidə etməmişik. Avropalı parlamentarilər, həqiqətən, insan haqlarından danışırsa, niyə öz ərazilərində haqları pozulan avropalıların hüquqlarının müdafiəsindən heç vaxt danışmır?

Avropa Parlamenti qətnamədə səsləndirlən ritorika ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə möhkəmləndirilməyə çalışılan etimad mühitinin gedişatına dolayısı ilə zərbə vurmağa çalışır.

Qətnamə qərəz və iftira ilə dolu olmaqla bərabər, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə zərbə vurmaq cəhdidir. Bu, sifarişli tərəflərin və maraqlı qüvvələrin təxəyyülünün məhsuludur.

Avropa Parlamentinin qəbul etdiyi kağız parçaları xalqımızı və dövlətimiz yolundan və özünün ədalətli mövqeyindən heç vaxt çəkindirə bilməz. Əksinə belə qərəz və ikilistandartlarla qarşılaşmağımız bizi daha birləşdirir və mübariz edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Dekabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri