Icma.az
close
up
RU
Heç bir təzyiq Azərbaycanı yolundan döndərə bilməz AÇLIQLAMA

Heç bir təzyiq Azərbaycanı yolundan döndərə bilməz AÇLIQLAMA

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda həbsdə olan separatçıların cinayət işləri üzrə məhkəmə yanvarın 17-da başlayacaq.

Bakıvaxtı.az xatırladır ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib.

Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib. Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər. Təqsirləndirilən şəxslər vəkillə təmin olunub.

Hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ayın 17-də başlayacaq bu prosesdə Azərbaycan xalqına və dövlətinə qarşı dəhşətli cinayətlər törətməkdə, ümumən insanlıq əleyhinə terror, ekosid, urbisid həyata keçirməkdə təqsirləndirilən şəxslərin mühakiməsinə start veriləcək.

Onun sözlərinə görə, əslində uzun illərdir ki, Azərbaycan xalqı ədalətin bərqərar olmasını gözləyir:

"Azərbaycan Qarabağda törədilən cinayətlərlə bağlı beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət etsə də, son 30 il ərzində onlar işğal faktını siyasiləşdirməyə çalışırdılar. Terror və müharibə cinayətlərini törətmiş şəxsləri "siyasi şəxslər" kimi təqdim edirdilər. Nəhayət, 2020-ci ilin İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etdikdən sonra həmin terrorçuların bir qismi yaxalanaraq Azərbaycana, Bakıya gətirildi. Barələrində uzun illərdir aparılan cinayət işi tamamlanaraq məhkəməyə göndərildi”.

“Bir neçə gündən sonra onlar üzərində məhkəmə qurulacaq” deyən Şahidov vurğulayıb ki, əlbəttə, söhbət müharibə cinayətlərindən gedir. Ortada konkret faktlar var. Torpaqlarımızın işğal edilməsi, etnik təmizləmə, qətliamlar, deportasiyalar və s. Bunu ermənilər özləri də etiraf edirlər.

Əhməd Şahidov, hüquq müdafiəçisi

Həmsöhbətimiz Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın sosial şəbəkələrdə azərbaycanlıların kütləvi deportasiyası ilə bağlı yayılan etiraflarını da xatırladıb:

"Bu etiraf göstərir ki, terror Ermənistanda dövlət səviyyəsində həyata keçirilib. Təbii ki, istənilən halda məhkəmə prosesi Azərbaycan qanunlarına, beynəlxalq qanunlara uyğun şəkildə aparılacaq. Onların mühakiməsinə "siyasi" don geyindirilməsinə imkan verilməyəcək. Məhkəmə verilən ifadələrlə hələlik azadlıqda olan digər terrorçuların da gələcəkdə istintaqa cəlb olunması, məhkəmə önünə çıxarılması gözlənilir. Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və başqaları zamanında Azərbaycana qarşı müharibə cinayətləri birbaşa törətmiş, yaxud sifariş vermiş şəxslərdir”.

“Ehtimal ki, məhkəmə prosesinə görə, Azərbaycana təzyiqlər artacaq. Amma heç bir təzyiq Azərbaycanı ədalətin bərqərar edilməsi yolundan döndərə bilməz", -deyə Əhməd Şahidov qeyd edib.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri