Icma.az
close
up
RU
Avropa Parlamentinin “Siyasi məhbusları azad edin” tələbinə Azərbaycandan reaksiya

Avropa Parlamentinin “Siyasi məhbusları azad edin” tələbinə Azərbaycandan reaksiya

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Avropa Parlamenti Azərbaycan hökumətini tənqid edən qətnamə qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, hökumətin tənqid olunduğu sənəddə siyasi məhbusların azadlığa buraxılması tələbi qoyulub.

Bildirilir ki, son illər ölkədə insan haqlarının durumu pisləşib və siyasi məhbusların sayı artıb.

Milli Məclisin deputatı Azay Quliyev isə Gununsesi.info-ya açıqlamasında qətnamənin ölkəmizə qarşı növbəti qərəzin ifadəsi kimi qiymətləndirib:

Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli Azərbaycanla bağlı qətnaməsi nə hüquqi, nə də siyasi baxımdan qəbulolunan deyil.

Özünü məhkəmə, istintaq və hökmverici instansiya kimi aparan bu qurum faktlara deyil, siyasi sifarişlərə əsaslanan qərarlar qəbul edir.

Qətnamədə adı çəkilən şəxslərlə bağlı məsələlər açıq manipulyasiyadır.
Azərbaycanda heç kim elmi fəaliyyətinə, siyasi baxışına və ya etnik mənsubiyyətinə görə deyil, yalnız konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunur.
Dövlətə xəyanət, milli təhlükəsizliyə qarşı fəaliyyət, xarici kəşfiyyatla əməkdaşlıq heç bir ölkədə “akademik azadlıq” və ya “siyasi fəaliyyət” anlayışı ilə pərdələnə bilməz.

Bu baxımdan qətnamədə adları keçən Bəhrüz Səmədov və İqbal Abilov barəsində irəli sürülmüş ittihamlar onların akademik fəaliyyəti, elmi baxışları və ya etnik mənsubiyyəti ilə deyil, milli təhlükəsizliyə qarşı yönəlmiş konkret qanun pozuntuları ilə bağlıdır.

Bu işlər üzrə istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, habelə beynəlxalq hüququn ümumi qəbul olunmuş normalarına uyğun şəkildə aparılmışdır”.

Qətnamədə AXCP sədri Əli Kərimlinin dərhal azad olunması tələbinə gəlincə, Azay Quliyev belə deyib:

“Dövlətə xəyanətdə və dövlət çevrilişi cəhdində ittiham olunan Əli Kərimlinin “azad edilməsini” tələb edən çağırışlar isə hüquqi nihilizmdir.

Heç bir siyasi status, heç bir müxalifət fəaliyyəti, heç bir beynəlxalq lobbiçilik qanun qarşısında toxunulmazlıq yaratmır”.

Hüquq müdafiəçisi Fikrət Cəfərli isə Azay Quliyevdən fərqli düşünür.

Onun sözlərinə görə, Azərbaycanda insan haqları ilə bağlı tənqidi baxış təkcə Avropa Parlamentinin mövqeyində ifadə olunmur: “Əksər beynəlxalq hüquq müdafiə təşkilatları bunu deyir. Nəzərə alsaq ki, Avropa İttifaqının 27 üzvü var. Avropa Parlamentində bu qətnaməyə 500-ə yaxın deputat səs verib. Bu məntiqlə belə çıxır ki, Avropanın 27 ölkəsi bizə böhtan atır”.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan dövləti Qarabağı işğaldan azad edəndən sonra güclü ölkə imicini yaradıb: “Amma güclü dövlət üçün siyasi məhbusları həbsdə saxlamaq da mənasızdır. Təcrübə də göstərir ki, sonradan Avropa Məhkəməsi bu tipli həbslərin qanunsuz olması qənaətinə gəlir”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri