Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz?!” VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azad Vətən Partiyasının sədri Akif Nağı ilə aparıcı Səidə Bəkirqızı efirdə mübahisə edib.
Bizim.Media xəbər verir ki, S. Bəkirqızı Mediatürk TV-də onunla bağlı qalmaqallı fikirlər səsləndirən A. Nağıya cavab verib:
“4-5 qardaşsınız, Birinci Qarabağ savaşında hansınız iştirak etmisiniz? Hansınız Ağdam uğrunda döyüşüb? Ağdamın maraqlarına xidmət edib ki, məni alçaldırsınız? Ağdam uğrunda döyüşməyən insanlar olmusunuz, artistliyə ehtiyac yoxdur.
Demisiz ki, “Səidə Bəkirqızını təhqir etməmişəm, “Q” yazıb, nöqtələrdən sonra “cıq” yazmışam. Ona qadın yox, qadıncıq kimi baxıram”. Belə çıxır ki, evinizdəki xanımlar qadıncıqlardır? Sizin kimi kişilərə baxanda mən daha qeyrətli kişiyəm. Məndən məcburi köçkünlərin haqqını tələb etmirsiniz? Soruşuram ki, niyə 5 qardaşdan biriniz Qarabağ uğrunda yaralanmamısınız”.
A. Nağı isə ona “Bunun sizə dəxli yoxdur. Səsinizi qaldırmayın. Buraya mənimlə dalaşmağa gəlmisiniz? Nə bilirsiz ki, yaralanmamışıq”, - deyə, cavab verib.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Fevral 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















