Icma.az
close
up
RU
Avropa qanunları sərtləşdirir

Avropa qanunları sərtləşdirir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qitədə “gəlmələr” üçün yeni “qaydalar” hazırlanır

Avropa İttifaqının (Aİ) yeni rəqəmsal nəzarət sistemi – Entry/Exit System (EES) – təkcə texniki platforma deyil, həm də siyasi siqnaldır. Bu mexanizm xüsusilə Ukrayna, Moldova və Gürcüstan kimi ölkələr üçün fərqli məna kəsb edir. Ukrayna üçün EES-in tətbiqi Avropa təhlükəsizlik arxitekturasında statusunun rəsmiləşdirilməsi anlamına gəlir, çünki qitənin “müdafiə xəndəyi”nə çevrilən Kiyev sərhəd-sabitlik modelində əsas test meydanıdır.

Digər dövlətlər üçün isə eyni sistem daha çox daxili islahatların izlənməsi və idarəetmə standartlarının uyğunlaşdırılması rolunu oynayır. Beləliklə, Aİ rəqəmsal nəzarət mexanizmini regional siyasətin incə tənzimləyicisinə çevirir və bununla da üzv olmaq istəyənlərə fərqli şərtlər paketi tətbiq edir.

Mərhələli şəkildə altı ay ərzində bütün xarici sərhəd-keçid məntəqələrində istifadəyə veriləcək bu mexanizm Avropa siyasətinin gələcək trayektoriyasını müəyyən edən strateji addım kimi qiymətləndirilə bilər. Məsələ təkcə səyahətçilərin giriş-çıxışının avtomatlaşdırılması deyil. Bu sistem suverenlik, təhlükəsizlik, insan hüquqları və qlobal güc mübarizəsi kontekstində yeni parametrlər müəyyən edir. Aİ sərhəd idarəçiliyini modernləşdirməklə həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara siyasi mesaj verir: Avropa qapıları açıqdır, lakin bu qapıdan daxil olmaq artıq yüksək texnoloji süzgəclərdən keçməklə mümkün olacaq.

EES-in texniki əsasları miqrasiya idarəçiliyində keyfiyyətcə yeni mərhələ açır. EES ilk dəfə üç Avropa ölkəsi – Estoniya, Almaniya və Lüksemburqda işə düşəcək, gələn ildən isə qalan 26 Aİ ölkəsi bu sistemə keçəcək. Sistem qeyri–AB vətəndaşlarının giriş və çıxışını rəqəmsal bazada qeyd edəcək, biometrik identifikasiya (barmaq izi, üzün skanı), səyahət marşrutu və viza məlumatlarını inteqrasiya olunmuş platformada toplayacaq. Əgər əvvəlki sistemlər kağız möhürlərə və əl əməliyyatlarına söykənirdisə, yeni mexanizm rəqəmsal izlərin hüquqi statusunu formalaşdırır. Artıq “overstayer”i, yəni viza müddətini aşan şəxs dərhal aşkarlanacaq və bu məlumat bütün sərhəd-keçid məntəqələrinə real vaxtda ötürüləcək. Bu isə milli təhlükəsizlik, sərhəd nəzarəti və cinayətkarlıqla mübarizə mexanizmlərinin vahid Avropa çərçivəsinə transformasiyası deməkdir. Əlavə olaraq, eu-LISA, yəni Avropa miqyasında iriölçülü IT sistemlərinin idarəçiliyinə cavabdeh qurum bu sistemin koordinasiyasını həyata keçirəcək. Bu, Avropa üçün həm də texnoloji suverenlik məsələsidir. Çünki ABŞ və digər güclərin platformalarından asılılıq minimuma endirilir.

Lakin burada paradoks var: EES həm də “Fortress Europe” (Avropa qalası) anlayışının rəqəmsal transformasiyasıdır. Əgər XX əsrdə Avropa sərhədləri coğrafi maneələrlə müəyyən edilirdisə, XXI əsrin üçüncü onilliyində onlar rəqəmsal baryerlərlə möhkəmləndirilir. Bu, bir tərəfdən, təhlükəsizlik və idarəetməni gücləndirir, digər tərəfdən isə miqrantların hüquq və azadlıqları, humanitar standartlar məsələsində yeni diskussiyalar doğurur. İnsan hüquqları üzrə təşkilatlar artıq xəbərdarlıq edirlər ki, biometrik məlumatların mərkəzləşdirilmiş bazası potensial olaraq şəxsi azadlıqların məhdudlaşdırılması və “rəqəmsal nəzarət cəmiyyətinə” keçid riskini artırır. Qısaca, Qərb oyun qaydalarını sərtləşdirir və miqrantlar üçün qapıları bağlayır, sıravi vətəndaşların isə “hər addımını izləyir”.

EES-in tətbiqi Avropanı qlobal miqrasiya idarəçiliyi bazarında mühüm aktora çevirir. ABŞ artıq uzun illərdir ESTA və digər elektron viza sistemləri vasitəsilə oxşar idarəetməni həyata keçirir. Çin isə daxili təhlükəsizlik və sosial sabitlik adı altında ən sərt biometrik nəzarət sistemlərini sınaqdan keçirir. Körfəz ölkələri, hətta Afrika dövlətlərinin bir qismi də oxşar mexanizmlərə keçid edir. Beləliklə, Avropanın bu addımı qlobal yarışda öz mövqeyini gücləndirməyə hesablanıb.

EES-in tətbiqi birbaşa olaraq Azərbaycan vətəndaşlarının Avropa məkanına səfərlərinə təsir göstərəcək. Avropa istiqamətində hər bir giriş-çıxış biometrik qaydada rəqəmsal bazada qeydiyyata alınacaq. Bu isə Azərbaycan turistləri, tələbələri, biznes dairələri üçün yeni adaptasiya mərhələsi yaradır. Digər tərəfdən, Avropa sərhəd idarəçiliyində rəqəmsal modelə keçid Azərbaycanın özünün sərhəd təhlükəsizliyi strategiyası, rəqəmsal transformasiya gündəliyi və Orta Dəhliz layihəsi çərçivəsində tranzit potensialı üçün də mühüm təcrübədir. Azərbaycanın həm Türkiyə, həm də Avropa İttifaqı ilə artan əlaqələri fonunda bu sistemdən kənarda qalmaq qeyri-mümkündür. Beləliklə, EES-in tətbiqi Azərbaycanın miqrasiya diplomatiyası və beynəlxalq sərhəd əməkdaşlığı sahəsində yeni çağırışlar doğuracaq.

* * *

Ötən ay Ermənistan Nazirlər Kabineti noyabrın 1-dən etibarən ölkəyə giriş-çıxış zamanı sərhəd möhüründən Ağrıdağın təsvirinin çıxarılacağını bildirmişdi. İlk baxışda bunun EES-lə əlaqəsinin olmadığı görünsə də, əslində bir növ İrəvan bu addımla Qərbə mesaj verməyə çalışır. Avropa rəqəmsal sərhəd idarəçiliyini modernləşdirir və üzv olmayan ölkələr üçün yeni standartlar müəyyənləşdirir, İrəvan isə münaqişəli ərazilərdəki simvolik mövqeyini dəyişərək Brüsselə açıq mesaj göndərir. Bu addımla İrəvan Aİ-yə siyasi bağlılığını nümayiş etdirir. Yəni ölkənin baş naziri Nikol Paşinyan ötən ay “Demokratiya üzrə Erməni Forumu”ndakı çıxışında “Ermənistan Avropa İttifaqının dalınca qaçmır” desə də, praktikada bunun reallıqdan uzaq olduğunu təsdiqləyir. Ukrayna və digər Şərq tərəfdaşlığı ölkələri üçün sərt biometrik və giriş-çıxış prosedurları tətbiq olunarkən, Ermənistanın addımı həm tarixi simvolikanı yumşaldır, həm də qitə siyasətində öz mövqeyini gücləndirməyə xidmət edir.

Bu kontekstdə EES Avropa üçün təhlükəsizlik və idarəetmənin rəqəmsal manifesti rolunu oynayır, Ermənistanın addımı isə Avropaya inteqrasiya perspektivində taktiki manevr kimi oxuna bilər. Hər iki proses üzv ölkələr və tərəfdaşlar üçün fərqli, lakin strateji önəmli siqnallar daşıyır.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Yeni giriş və çıxış sisteminin (EES) tətbiqinin Avropa İttifaqına daxil olmayan ölkələr və onların vətəndaşları üçün müəyyən çətinliklər yaradacağı qaçılmazdır. Bu, əsasən gediş-gəlişin məhdudlaşması, əlavə prosedurların tətbiqi və sənədləşmə ilə bağlı prosedurların mürəkkəbləşməsi şəklində özünü göstərəcək. Belə bir sistem tam olaraq işlək vəziyyətə gətirilməyənədək, müəyyən problemlərin davam edəcəyi gözləniləndir. Bu isə öz növbəsində həm vətəndaşların, həm də dövlətlərin gündəlik fəaliyyəti üçün müəyyən maneələr yarada bilər.

Digər tərəfdən, Avropa ölkələrinin mövqeyini də başa düşmək mümkündür. Onlar geosiyasi proseslərin mürəkkəb fonunda münaqişələrin və miqrasiya axınlarının yaratdığı təzyiq şəraitində bu cür addımlar atırlar. Bu, əslində, onların milli təhlükəsizliyini qorumaq məqsədi daşıyan tədbirlərdir. Qanunsuz miqrasiya cəhdləri və potensial təhlükələr Avropaya daxil olmaq istəyən şəxslər üçün ciddi çətinliklər yaradır. Bu isə həm dövlətlərin təhlükəsizliyini, həm də vətəndaşların rahatlığını təmin etmək baxımından zəruridir.

Geosiyasi fonun dəyişməsi, müharibələrin aradan qaldırılması, miqrasiya məsələlərinin həlli və digər əlaqədar qərarların qəbulu bu çətinlikləri minimuma endirmək üçün zəruridir. Bu, həm də Avropanın uzunmüddətli dayanıqlılığını və təhlükəsizliyini təmin edən bir addımdır. Əks halda, vəziyyət uzun müddət gərgin qalacaq və Avropa dövlətləri bu qoruyucu tədbirləri saxlamaq məcburiyyətində olacaqlar. Bu isə ticarət, turizm, əmək miqrasiyası və diplomatik əlaqələrə təsir edə bilər. Ona görə də belə sistemlər yalnız texniki və inzibati məna daşıyan addımlar deyil, həm də geniş geosiyasi, sosial və iqtisadi aspektləri olan tədbirlərdir.

Beləliklə, yeni giriş-çıxış sistemi Avropanın reallığına və təhlükəsizlik strategiyasına uyğun addımdır. Onun tətbiqi müəyyən çətinliklər yaratsa da, uzun müddətdə həm vətəndaşların, həm də dövlətlərin maraqlarını qorumaq baxımından zəruri və məqsədəuyğundur.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see232

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see177

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see167

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see164

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see155

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see134

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri