Icma.az
close
up
RU
Avropa Qrenlandiyanı Trampdan qorumağa hazırlaşır

Avropa Qrenlandiyanı Trampdan qorumağa hazırlaşır

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Norveçin “NRK” tele-radio şirkətinin məlumatına görə, Jonas Qar Störe Parisdə danimarkalı həmkarı Mette Frederiksenlə görüşdən sonra belə deyib.
“İndi Danimarka ilə birləşməyin vaxtıdır. Mette Frederiksenin mənə dediyi son ifadə “Bu, indi ciddidir, Jonas” cümləsi oldu”, - “NRK” Norveçin baş nazirindən sitat gətirir.
Xatırladaq ki, Amerika lideri Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyasını irəli sürüb. Hələ ilk prezidentliyi dövründə o, adanı almağı təklif etmişdi. 2025-ci ilin martında isə Qrenlandiyanın ilhaqı ehtimalını gündəmə gətirən Donlad Tramp Kopenhagenin onunla razılaşmayacağı təqdirdə, Danimarkanı ticarət tarifləri ilə hədələyib.
Danimarka və Qrenlandiya Trampa qarşı Danimarkanın və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın Amerikanın Venesueladakı hərbi əməliyyatı ilə bağlı müzakirələr zamanı ada ilə bağlı söylədiyi fikirlərini tənqid ediblər.
Eyni zamanda, bir sıra Avropa ölkələri sözügedən məsələdə Danimarka və Qrenlandiya ilə həmrəy olduqları barədə bəyanatlar veriblər.
Bu arada, Avropa İttifaqındakı (Aİ) diplomatik mənbələrə istinad edən “Politico” nəşri Qrenlandiyaya hücum olacağı təqdirdə birliyin ABŞ-yə qarşı çəkindirici plan hazırladığını yazıb.
- Biz Trampla birbaşa qarşıdurmaya hazır olmalıyıq. O, aqressiv rejimdədir və biz hazırlaşmalıyıq”, - qəzet adı açıqlanmayan avropalı diplomatından sitat gətirir.
Qəzetin məlumatına görə, Almaniyanın Xarici İşlər naziri Yohan Vadeful digər ölkələrdən olan həmkarları ilə koordinasiya aparır və NATO-nun Qrenlandiya yaxınlığındakı hərbi mövcudluğunu artırmaq barədə düşünür.
Fransanın XİN-in rəhbəri Jan-Noel Barro, öz növbəsində, bildirib ki, Qrenlandiya “satılmaq və ya işğal üçün deyil” , ABŞ-nin təhdidləri isə dayandırılmalıdır.
Bununla belə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qrenlandiyanın Amerikanın təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Siyasətçi adanın əhəmiyyətinin regional təhlükəsizlik çərçivəsindən kənara çıxdığını və qlobal müdafiə arxitekturası ilə birbaşa əlaqəli olduğunu iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri