Icma.az
close
up
RU
Avropa sayəmizdə hələ çox qazlanacaq

Avropa sayəmizdə hələ çox qazlanacaq

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Pərviz Heydərov yazır...

Dövlət başçısı tərəfindən sayca 30-cu hesab edilən "Bakı Enerji Həftəsi" tədbirinin işə başlaması münasibətilə göndərilən müraciətdə qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş olduğu bir daha xatırlanaraq, enerji təhlükəsizliyi, bu sahədə şaxələnmiş təchizatın möhkəmləndirilməsi, həmçinin yaşıl enerji üzrə davamlı inkişafın ölkəmiz üçün getdikcə daha çox prioritet daşıdığı təsadüfən qeyd edilməyib.

Ümumiyyətlə, Prezident İlham Əliyev çıxışında nəzərə çatdırıb ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə statusu daşıyır: "Neft və qazın bizim ÜDM-də payı təqribən 30%-dən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir".

Bütün bunlar da məhz onun sayəsində təmin olundu ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndən dərhal sonra ölkəmiz beynəlxalq neft şirkətləri konsorsiumu ilə regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirə bilən, sonralar "Əsrin müqaviləsi" adlandırılan sazişi imzaladı.

Həmin saziş nəticəsində də, tərəfdaşlarla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa olundu ki, bütün bunların da tacını hal-hazırda məhz ölkəmizin dəniz yataqlarından İtaliyanın sahillərinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi təşkil etməkdədir.

Prezident ötənilki "Bakı Enerji Həftəsi"ndəki çıxışı zamanı iştirakçılara məlumat vermişdi ki, o zaman sayca 8 ölkəyə təbii qaz ixrac edirdik. "Bu gün isə deyə bilərəm, həmin ölkələrin sayı 12-yə çatıb və bu, hələ də son deyil", - deyə ölkə başçısı əlavə edib.

Bəli, bu gün Azərbaycan Avropanın 10 ölkəsinə qaz ixrac edir. Bunlar İtaliya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya, Xorvatiya və Sloveniyadır. Bu siyahı şübhəsiz genişlənəcək, o səbəbdən ki, xüsusən də, Rusiya - Ukrayna müharibəsi başladıqdan sonra ölkəmizin Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək baxımından rolu və əhəmiyyəti artıb.

Bu gün, Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə - "Cənubi Qafqaz Boru Kəməri", "Trans-Anadolu Qaz Boru Kəməri" ("TANAP") və "Trans-Adriatik Boru Kəməri" ("TAP") ilə Avropaya çatdırılır ki, halbuki bir vaxt bunların təşəbbüskarı və icraçısı rolunda çıxış etməkdə bizi heç bir Avropa ölkəsi dəstəkləmirdi və ölkəmiz, adları çəkilən boru kəmərləri üzrə nəql vasitələrinin çəkilişi üçün yetərincə qaz ehtiyatları olmayan məmləkət hesab edilirdi və hətta, tənqid də olunurdu.

Məsələn, Avropa İttifaqı (Aİ) ilə üç il bundan öncə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz tədarükünün iki dəfəyədək artırılması istəyi ortaya qoyularkən də, heç soruşan olmadı və bu gün də soruşan yoxdur ki, sizdə bu qədər qaz varmı?

Əlbəttə, ölkəmiz etibarlı tərəfdaş olduğundan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək iqtidarındadır və yetirəcək də...

Yeri gəlmişkən, Azərbaycanda yaşıl enerji sahəsində atılan addımlar da bir tərəfdən həm də bu məqsədə xidmət edir. Belə ki, ölkəmizdə yaşıl enerjidən istifadə sahəsində imkanları genişləndirmək məqsədi daşıyan müvafiq investisiya qoyuluşları hesabına gələcəkdə ölkəmiz daha çox ölkələrə qaz ixrac etmək potensialına sahib olacaq ki, bu da, Avropanı enerji ilə təmin və bu sahədə təhlükəsizliyi təyin etmək baxımından rolumuzu indikindən bir neçə dəfə çox artıracaq.

Xatırladım ki, Azərbaycan 2023-cü ildə 23.8 milyard kubmetr, 2024-cü ildə isə 25.2 milyard kubmetr qaz ixrac edib. 2023-cü ildə Avropaya 11.8 milyard kubmetr qaz göndərən ölkəmiz qeyd olunan həcmi 2024-cü ildə 12.9 milyard kubmetrə çatdırıb. Bundan əlavə, 2024-cü ildə Türkiyəyə 9.9 milyard kubmetr, Gürcüstana isə 2.4 milyard kubmetr qaz ixrac edilib.

Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir ki, "Abşeron", "Ümid", "Babək", "Asiman" və "Qarabağ" yataqlarında aparılan kəşfiyyat işlərinin nəticəsində bu həcmin daha da artacağı gözlənilir.

Ona görə də, Prezident İlham Əliyev çıxışlarının birində inamla qeyd etmişdi ki, bizə və tərəfdaşlarımıza bundan sonra ən azı hələ 100 il yetəcək qədər qaz ehtiyatımız var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri