Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Avropa kənarlaşdırılıb, Rusiya çox sıxışdırılır

Avropa kənarlaşdırılıb, Rusiya çox sıxışdırılır

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropaya Ukrayna ərazisindən "Putin - Timoşenko müqaviləsi" kimi, tanınan (2009-2019) və sonra 5 il müddətinə uzadılan (2019-2024) Rusiya qazının tranzit razılaşması bu ilin sonu bitir. Çox güman ki, Qətərdən Avropaya qaz tranzitinə Rusiyaya görə icazə verməyən Suriyada Bəşər Əsəd rejimi devrildikdən və Qətər qazının ixracı imkanı yaradıldıqdan sonra, Qərb Rusiya qazının Ukrayna ərazisindən tranzitini nəzərdə tutan müqavilənin uzadılmasına və ya yeni razılaşmanın əldə olunmasına imkan verməyəcək. Artıq Ukrayna prezidenti Vladimir Zelenskinin də həmin müqavilənin uzadılmasından imtina etməsi və Avropanın maraqlarına uyğun şərtlər irəli sürdüyü haqqında məlumatlar var.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Yeri gəlmişkən, hələ sovet dövründən mövcud olan, Rusiyadan Ukrayna ərazisi vasitəsi ilə Avropaya qaz tranziti sonradan Putin - Timoşenko razılaşması ilə Rusiya Ukrayna arasında bağlanan həmin müqavilə Ukraynanın yox, daha çox Rusiyanın iqtisadi və siyasi maraqlarına uyğunlaşdırıldı:

"Sual oluna bilər ki, Rusiya qazının tranzitinə görə Ukrayna əldə etdiyi gəlirlərdən niyə imtina etsin ki?!

Məsələ də ondadır ki, Rusiya - Ukrayna müharibəsində Ukraynaya edilən və bu günə kimi, 300 milyarda yaxın silah və maliyyə yardımı məhz Ukraynanın dövlət zəmanəti əsasında verilib. Yəni, bu gün Ukrayna elə bir vəziyyətə gətirilib ki, öz milli və dövlət maraqlarını qurban vermək məcburiyyətindədir. Rusiyanın Ukraynaya hücumunun ilk hədəfi də Kiyevi tutmaq və Ukraynada Rusiya yönümlü hakimiyətin qurulması idi. Bununla, Rusiya NATO-nun öz sırhədlərinə yaxınlaşmasını əngəlləyir və iqtisadi maraqlarını təmin edəcəkdi. Heç şübhəsiz ki, bu müharibə Qərb - Rusiya müharibəsidir".

O, qeyd edib ki, Suriyada Bəşər Əsəd rejimini devirən Türkiyə və ABŞ təbii ki, Avropa qarşısında enerji təchizatı ilə bağlı yeni şərtlərə əsasən lahiyələri reallaşdırmağa çalışacaq. Əlbəttə ki, Qətər qazının Avropaya çatdırılması müəyyən zaman tələb edir və bu lahiyənin tez başa gəlməsində nə Türkiyə nə də ABŞ maraqlı ola bilməz. Əvvəla, Türkiyə artıq böyük öz qaz yataqlarını kəşf edib və onu da dünya bazarına çıxarmağı düşünür. Həm də Azərbaycan və Xəzəryanı ölkələrdən də qazın Avropaya tranziti mövcud xətlərlə Türkye ərazisindən ötürülməsi Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir:

"Bu arada ABŞ da öz qazı ilə Avropaya qaz ixracını artırmaq niyyətindədir və hətta ixrac rüsumunu da artırır. Donald Trampın yenidən prezident seçilməsi ilə Rusiya - Ukrayna müharibəsinə münasibətin dəyişəcəyini düşünənlər də var idi. Ancaq, əvvəllər qeyd etdiyim kimi, Donald Tramp ABŞ-ın siyasi kursunu davam etdirmək məcburiyyətindədir. Ukraynaya hərbi yardımın davam etdiriləcəyi ilə bağlı Donald Trampın son açıqlaması da ABŞ dövlət siyasətinin dəyişməz xətdidir.

Bu bu çəkişmələrdə iqtisadi və diplomatik cəhətdən ən çox zərərçəkən məhz Avropanın özüdür. Avropa öz enerji təhlükəsizliyini müstəqil şəkildə həll etmək imkanından kənarlaşdırılıb, fakt qarşısında qoyulub,seçim imkanı əlindən alınıb. Rusiya qarşı tətbiq edilən sanksiyalar Avropa ölkələrinə küllü miqdarda maddi ziyan vurur. Rusiya, Ukrayna, Yaxın Şərq müharibələrə vadar edilib. Çinin də Şərqə, Afrika ölkələri ilə əlaqələrinə maneələr yaradılıb. Vəziyyətdən geniş mənada uduşlu ancaq ABŞ görünür.

Rusiyanın iqtisadi cəhətdən salındığı dar çərçivədən və cəlb edildiyi müharibədən necə çıxacağının ehtimalları müxtəlifdir. Ancaq Rusiyanın bu qədər sıxışdırılması onun qeyri adekvat davranacağına inamı artırır. Nəticə isə Kremldə hakimiyət və sistem dəyişikliyinə də gətirə bilər".

Cavid Şahverdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2024 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri